BP: Gələn il “Şəfəq-Asiman”da ilk kəşfiyyat quyusunu qazmağı planlaşdırırıq
Gələn il Xəzər dənizinin Azərbaycan sektorundakı “Şəfəq-Asiman” strukturunda ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur.
Bu barədə “Şəfəq-Asiman” blokunun əhəmiyyətini şərh edərkən “BP Azerbaijan” şirkətinin geoloji kəşfiyyat üzrə vitse-prezident Qreq Rayli məlumat verib.
O xatırladıb ki, 2012-ci ilin əvvəllərində “Giləvar” seysmik gəmisi “Şəfəq-Asiman” üzrə 3 ölçülü seysmik tədqiqat proqramını başa çatdırıb və əldə edilən məlumatın təhlili aparılıb: “Bu, həmin müqavilə ərazisində indiyədək aparılmış ilk 3 ölçülü seysmik tədqiqatdır. 2014-cü ilin birinci yarısında isə məlumatın təhlili tamamlanıb və onun interpretasiyasına başlanılıb. “Şəfəq-Asiman” üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri də davam etməkdədir”.
“Ümid edirik ki, bizim aparıcı texnologiyamız və səriştəmizlə Azərbaycanın təcrübə və potensialının birləşməsi Xəzərdə yeni kəşflərə gətirib çıxaracaq. “Şəfəq-Asiman” perspektiv strukturunun potensialı böyükdür. Bu, yeni “Şahdəniz” ola bilər”, - deyə “BP Azerbaijan”ın vitse-prezidenti əlavə edib.
Qreq Rayli deyib: “Blok üzrə bütün kəşfiyyat işlərinin xərclərini BP öz üzərinə götürüb. 2019-cu ildə “Şəfəq-Asiman”da ilk kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Bu yataqdan hasil edilən təbii qaz gələcəkdə Cənub Qaz Dəhlizi ilə Türkiyə və Avropaya nəql oluna bilər”.
Xatırladaq ki, BP və SOCAR Xəzərdəki “Şəfəq” və “Asiman” perspektiv strukturlarının birgə geoloji-kəşfiyyatı və işlənməsinə dair “Qarşılıqlı anlaşma haqqında” memorandumu 2009-cu ildə Londonda imzalayıblar. Sazişin qüvvədə olma müddəti 2010-cu ilin iyulunda başa çatıb. Bu memorandum BP-yə Bakıdan təxminən 125 kilometr cənub-şərqdə yerləşən həmin blokun geoloji-kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi bağlamaq üçün danışıqlar aparmağa müstəsna hüquq verib.
2010-cu il iyulun 6-da SOCAR və BP “Şəfəq” və “Asiman” perspektiv strukturlarının kəşfiyyatı və işlənməsi üzrə əsas kommersiya prinsiplərinə dair müqavilə imzalayıblar. Bu sənəd “Şəfəq” və “Asiman” dəniz blokları üçün hasilatın pay bölgüsü sazişinin əsas kommersiya prinsiplərini müəyyən edirdi. Həmin il oktyabrın əvvəlində isə BP ilə SOCAR “Şəfəq-Asiman” perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalayıb. HPBS-nin müddəti 30 ildir və sazişə əsasən “BP Exploration (Caspian Sea) Ltd.” şirkəti əməliyyatçı olmaqla müqavilədə 50 faiz paya, SOCAR isə qalan 50 faiz paya malikdir.
“Şəfəq-Asiman” bloku təxminən 1100 kvadrat kilometr ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7 min metrdir.
Təxmini hesablamalara görə, “Şəfəq” və “Asiman” perspektiv strukturlarında qaz ehtiyatları 300-500 milyard kubmetr təşkil edir.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
7 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
23 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq





















