Bankları və əhalini maraqlandıran qanunun uzadılmasına ehtiyac var
2016-cı il Fevralın 1-də qüvvəyə minmiş “Əmanətlərin tam sığortalanması” haqqında qanuna görə, əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətinə tam sığortalanır. 2019-cu ilin Fevral ayında 3 il başa çatır. Müddətin uzadılıb-uzadılmayacağı bankların və əmanətçilərin diqqət mərkəzindədir. Çünki, müddət uzadılmasa yenidən 30 min manatadək əmanətlər sığortalanacaqdır. Bu da böyük məbləğdəki əmanətlərin banklardan çıxması ilə nəticələnə bilər. Əhali vəsaitini ya geri götürmək, ya da bir neçə bankda yerləşdirmək məcburiyyətində qalacaqdır. Sonuncu seçim bankların şərtlərindən asılı olacaqdır.
Bəs qanun nəyi dəyişib?
“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2015-ci ildə ilk devalvasiyadan öncə, 2014-cü ilin sonunda banklardakı əmanətlərin 38%-i xarici valyutada, 62%-i milli valyutada idi. Başqa sözlə, banklardakı 7 milyard 188 milyon manat əmanətin 2 milyard 766 milyon manatı xarici valyutada, 4 milyard 422 milyon manatı milli valyutada yerləşdirilmişdi.
2015-ci ildəki devalvasiyalardan sonra banklardakı əmanətlərin xarici valyutaya çevrilməsi artdı. 2015-ci ilin sonunda banklardakı əmanətlərin 85%-i xarici valyutada, 15%-i milli valyutada idi. Başqa sözlə, banklardakı 9 milyard 473 milyon manat əmanətin 8 milyard 53.7 milyon manatı xarici valyutada, 1 milyard 420 milyon manatı milli valyutada yerləşdirilmişdi.
2016-cı ilin fevralından əmanətərin tam sığortalanması və xarici valyutada qarunan əmanətlər üçün maksimum faizin 3%, manat əmanətləri üçün isə 15% müəyyən edilməsi dollarlaşmanı azaltdı. Belə ki, 2018-ci ilin Avqust ayında banklardakı əmanətlərin 63%-i xarici valyutada, 27%-i milli valyutada olub. Xarici valyutadakı əmanətlərin xüsusi çəkisi 85%-dən 63%-ə düşsə də, devalvasiyalardan öncəki səviyyəyə (38%) geriləməyib. Həmçinin banklardakı əmanətlər, o cümlədən manat əmanətləri kəskin artmayıb. 2014-cü ilin sonunda milli valyutada əmanətlər 4 milyard 422 milyon manat ikən, 2018-ci ilin avqustunda 2 milyard 967 milyon manat olub.
Tarix | Cəmi əmanət, manatla | Milli valyutada, manatla | Xarici valyutada, manatla | Milli valyutanın xüsusi çəkisi, % | Xarici valyutanın xüsusi çəkisi, % |
31.12.2014 | 7 milyard 188 milyon | 4 milyard 422 milyon | 2 milyard 766 milyon | 62% | 38% |
31.12.2015 | 9 milyard 474 milyon | 1 milyard 420 milyon | 8 milyard 54 milyon | 15% | 85% |
31.08.2018 | 8 milyard 21 milyon | 2 milyard 967 milyon | 5 milyard 54 milyon | 27% | 63% |
Qeyd edək ki, xarici valyutadakı əmanətlərin cəmi əmanətlərdəki xüsusi çəkisi xeyli müddətdir 62-63 faizdən aşağı düşmür. İyun ayında nisbət 62,4%-ə düşsə də yenidən artıb.
Rəqəmlərdən göründüyü kimi, “Əmanətlərin tam sığortalanması” haqqında qanun ilə tam məqsədə nail olunmayıb. Bu səbəbdən qanunun daha 3 il uzadılmasına ehtiyac var. Digər tərəfdən Dollar əmanətlərinin azalması üçün bankların Manat əmanətlərinə təklif etdikləri faizləri artırmaları da tələb olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
6 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
9 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq



















