Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Neft Şahzadənin açıqlamasından sonra ucuzlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft Şahzadənin açıqlamasından sonra ucuzlaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın İrana qarşı sanksiyalarının bu ölkənin istehsalına olan təsirinin məhdud ola biləcəyi danışılır.
 

"Marja" xəbər verir ki, dünya birjalarında neft qiymətləri düşüb. Brent nefti Londonda, əvvəlki iki seansda 2.5% düşdükdən sonra 1.1 faiz də geriləyərək  84 dollardan da aşağı enib.

Reklam_3_11

 

Səudiyyə Ərəbistanının vəlihəd Şahzadəsi verdiyi müsahibədə, ölkəsinin İranın xam neft ixracının azalmasından yaranacaq kəsiri bağlamaq üçün əlavə istehsal gücünü təcili bir şəkildə işə salacağını qeyd edib. Digər tərəfdən, ABŞ-ın, 4 Noyabrda başlayacaq sanksiyaların ardından İrandan neft almağa davam etmək istəyən ölkələrlə danışıqlar apardığı bildirilir.
 

Neft qiymətləri, ABŞ-ın İrana tətbiq edəcəyi gözlənilən sanksiyalar, Venesuela və Liviyada hasilatın azalması ilə əlaqədar olaraq dörd ilin ən yüksək səviyyələrinə yüksəlmişdi.

 

İnvestorlar, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) və tərəfdaşlarının azalan istehsalı qarşılaya biləcək əlavə gücə malik olub-olmadıqlarını dəqiq bilmirlər. 
 

Analitiklərə görə, investorlar yəqin ki, təmkinli olacaqlar və qiymətlər gələn ay istehsal məsələsinə daha çox aydınlıq gətirilənə qədər dar bir dəhlizdə qalacaqdır.
 

Bakı vaxtı ilə saat 09:50-yə olan məlumata görə, Brent nefti 1,1% ucuzlaşma ilə 83.27 dollara, WTİ nefti   0.8 faiz düşərək  73.74 dollara geriləyib. Ötən həftə Brent neftinin qiyməti 86 dolları keçmişdi.

08.10.2018 07:53
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18