Azərbaycan Çində sərgidə 2 stendlə təmsil olunacaq
İqtisadiyyat naziri Şahin Mustafayev Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua ilə görüşüb.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycanda Çinlə əməkdaşlığa böyük önəm verildiyini, ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Bildirilib ki, 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 1,3 mlrd. dollar olub. Bununla belə ticarət dövriyyəsinin artırılması üçün böyük imkanlar var.
Qeyd olunub ki, Pekində Azərbaycanın Ticarət Nümayəndəliyi fəaliyyət göstərir. Bu ilin sentyabrında Çinin Lucou şəhərində açılmış Azərbaycan Ticarət Evi iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsi ilə yanaşı, Çində Azərbaycan məhsullarının tanıdılmasına, mədəniyyət və turizm sahəsində əməkdaşlığa töhfə verəcək. Bununla yanaşı, Azərbaycanın xarici ölkədə ilk şərab evi də Çinin Urumçi şəhərində açılıb. Bildirilib ki, Şanxayda da Azərbaycanın ticarət və şərab evlərinin açılması nəzərdə tutulur. Bütün bunlar isə Çinlə ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəkdir.
Görüşdə bu ilin 5-10 noyabr tarixlərində Şanxayda keçiriləcək Birinci Beynəlxalq İdxal Sərgisi barədə fikir mübadiləsi aparılıb.
Bildirilib ki, Sərgidə iştirak məqsədi ilə Azərbaycan nümayəndə heyəti Çinə səfər edəcək. Sərgidə Azərbaycan kənd təsərrüfatı və qida sənayesi, xidmət sahəsi üzrə 2 stendlə təmsil olunacaq. 300 kv.m sahəni əhatə edəcək pavilyonda Azərbaycanın 30-dan çox şirkətinin məhsul və xidmətlərinin nümayiş olunması nəzərdə tutulur. Səfər çərçivəsində həmçinin, Çin rəsmiləri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq.
Çinlə tranzit daşımaları, logistika, ticarət, investisiya, turizm və humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini qeyd edən iqtisadiyyat naziri Azərbaycan-Çin iqtisadi əməkdaşlığının daha da genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Görüşdə həmçinin, Transxəzər nəqliyyat dəhlizinin üstünlükləri barədə məlumat verilib və Çində bu dəhlizin imkanlarının təşviqinin genişləndirilməsinin önəmi qeyd edilib.
Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib, əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 23 d. əvvəl
-
-
45 d. əvvəl
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət satınalmalarının vahid internet portalına bir sıra mühüm funksionallıqlar əlavə olunub
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar
Kürdəmir stansiyası sərnişinlərin istifadəsinə verilir
ADY: Hövsan marşrutu üzrə qatarların alışı başlayıb
PAŞA Bank-dan sahibkarlar üçün yeni kredit kampaniyası
Ən çox oxunanlar
Dövlət satınalmalarının vahid internet portalına bir sıra mühüm funksionallıqlar əlavə olunub
"Kapital Bank"ın istehlak kreditləri portfeli 5% artıb
Aprelin 18-də gözlənilən hava şəraiti
"Gələn il Ağdam-Xankəndi dəmir yolunun açılışı planlaşdırılır"
"İranla sərhəddə yaradılan infrastruktur günə 1000 avtomobilin keçməsinə imkan verəcək"













.jpg)









