Rusiya və Səudiyyə Ərəbistanı neftin qiymətinin sabitləşməsi üzrə razılaşıblar

Rusiya və Səudiyyə Ərəbistanı neftin qiymətinin sabitləşməsi üzrə razılığa gəliblər.
Bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih deyib.
Nazir bildirib ki, İrana qarşı sanksiyalar var: “İranın ixracının necə olacağını heç kim bilmir. Eyni zamanda, Liviya, Nigeriya, Meksika və Venesuela kimi ölkələrdə də neft istehsalında geriləmələr var. Neftin qiyməti bazarın gücü ilə formalaşır. Rusiya ilə neftin qiymətinin sabitləşməsi üçün razılaşmışıq. Neftin qiymətinin yüksəlməsi dünya iqtisadiyyatını məhdudlaşdıracaq, hətta tənəzzülə də səbəb ola bilər”.
O qeyd edib ki, son 1,5 ildə bazarda sabitlik var idi. Bu sabitliyin yenidən təmin edilməsi üçün müdaxiləyə ehtiyac var: “Səudiyyə Ərəbistanı gündəlik neft istehsalını yaxın müddətdə 10,7 milyon barreldən 11 milyon barrelə çatdıracaq. Hətta sutkalıq hasilat 12 milyon barrelə çata bilər. Səudiyyə Ərəbistanı 2030-cu ilə qədər 1,6 trilyon riyal (təxminən 426 milyard dollar) investisiya qoyuluşu həyata keçirəcək”.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
4 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı
