Cahangir Əsgərov “İran Air” aviaşirkətinin rəhbəri ilə görüşüb
AZAL Prezidenti Cahangir Əsgərov oktyabrın 26-da Bakıda səfərdə olan “İran Air” aviaşirkətinin rəhbəri Fərzanə Şərəfbafinin (Farzaneh Sharafbafi) başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
AZAL-dan "Marja"ya daxil olmuş məlumata görə, görüş zamanı tərəflər “Azərbaycan Hava Yolları” və “Iran Air” arasında əməkdaşlığın gələcək inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparmışdırlar.
Cahangir Əsgərov qonaqlara son illər Azərbaycan mülki aviasiyası sahəsində işlərin vəziyyəti barədə danışmış və Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin axınının rekord səviyyədə artdığını vurğulamışdır. Paytaxt hava limanı 2018-cu ilin doqquz ayı ərzində 3,49 milyon sərnişinə xidmət göstərmişdir (ötən ilin analoji göstəricisindən 10 faiz çox). Yeni reyslərin açılması nəzərə alınmaqla qarşıda 2020-ci ilin yekunları üzrə bu göstəricinin ildə 7 milyon nəfərə kimi artırılması kimi prioritet vəzifə dayanır.
Cahangir Əsgərovun sözlərinə görə, İran Azərbaycanla sərhəddir və cənub qonşusuna sərnişin axının artırılması üçün tam dəstək göstəriləcək.
Fərzanə Şərəfbafi Azərbaycan mülki aviasiyası sahəsində gördüyü tərəqqinin onda böyük təəssürat doğurduğunu qeyd etmişdir. Onun sözlərinə görə, iranlı turistlərin Azərbaycana marağı daima artır.
Fərzanə Şərəfbafi Bakıda aparılmış danışıqların əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirmişdir.
Görüşdə tərəflər iki ölkə arasında aviadaşımaların daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üzrə qarşılıqlı səylərin birləşdirilməsinə dair niyyətlərini bildirmişdirlər.
Qeyd edək ki, Bakı-Tehran reysi daha çox tələb olunan istiqamətlərdən biridir. AZAL-ın tərkibinə daxil olan “Buta Airways” loukosteri Tehrana hər gün, “Iran Air” aviaşirkəti isə həftədə iki dəfə uçuşlar yerinə yetirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
8 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
12 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)









