Daha bir Azərbaycan bankı 1 milyard manat böyüklüyə yaxınlaşdı
“Bank Respublika” ASC 2018-ci ilin 9 ayını 1 milyon 213 min manat xalis mənfəət ilə başa vurub. Halbuki Bank, ötən ilin eyni dövrünü 1 milyon 619 min manat zərər ilə bağlamışdı.
GƏLİRLƏRİ ARTIB
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə “Bank Respublika”nın cəmi gəlirləri 47 milyon 745 min manat (29 milyon 182 min manatı faiz, 18 milyon 563 min manatı qeyri-faiz gəlirləri), cəmi xərcləri isə 41 milyon 526 min manat (12 milyon 643 min manatı faiz, 28 milyon 883 min manatı qeyri-faiz xərcləri) təşkil edib. Xərclər gəlirlərdən çıxıldıqda Bankın 6 milyon 218 min manat əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətinin 5 milyon 5 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına yönəldilib. Nəticədə Bank 9 ayı 1 milyon 213 min manat mənfəətlə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2017-ci ilin 9 ayı ərzində “Bank Respublika”nın cəmi gəlirləri 45 milyon 471 min manat (23 milyon 92 min manatı faiz gəlirləri, 22 milyon 379 min manatı qeyri-faiz gəlirləri), cəmi xərcləri 40 milyon 904 min manat (17 milyon 714 min manatı faiz xərcləri, 23 milyon 190 min manatı qeyri-faiz xərcləri) təşkil etmiş, Bank həmin dövrü 4 milyon 567 min manat əməliyyat mənfəəti ilə başa vurmuş, ehtiyatlara 6 milyon 186 min manat ayırmışdı.
“Bank Respublika”nın cəmi gəlirləri cari ilin 9 ayında ötən ilin 9 ayı ilə müqayisədə 5% və ya 2 milyon 274 min manat, cəmi xərcləri isə 1,5% və ya 622 min manat artıb. Bankın faiz gəlirləri 26,4% artıb, qeyri-faiz gəlirləri 17% azalıb. Eyni zamanda, Bankın faiz xərcləri 28,6% azalıb, qeyri-faiz xərcləri 24,5% artıb.
Müqayisə olunan dövrdə “Bank Respublika”nın əməliyyat mənfəəti 36% artıb, ehtiyatlara ayırma isə 19% azalıb. Əməliyyat mənfəəti ehtiyatlara ayırmanı üstələdiyindən Bank mənfəətə çıxıb.
AKTİVLƏRİ 1 MİLYARD MANATA YAXINDIR
30 Sentyabr 2018-ci il tarixində “Bank Respublika”nın cəmi aktivləri 976 milyon 15 min manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 39% çoxdur. Aktivlərin 31%-ni və ya 299 milyon 542 min manatını müştərilərə verilmiş kreditlər, 52%-ni və ya 510 milyon 743 min manatını müxbir hesablar təşkil edib. Aktivlərin artmasının səbəbi müxbir hesabların 69%, kredit portfelinin 30,4% artmasıdır.
31 Dekabr 2017-ci il tarixində“Bank Respublika”nın cəmi aktivləri 702 milyon 114 min manat, o cümlədən müştərilərə verilmiş kreditlər 214 milyon 908 min manat, müxbir hesablar 302 milyon 309 min manat təşkil etmişdi.
DEPOZİTLƏRDƏ BÖYÜK ARTIM
Diqqəti cəlb edən “Bank Respublika”nın depozit portfelinin (hüquqi və fiziki şəxslərin şəxslərin depozitləri) 51% artaraq 471 milyon 802 min manatdan 712 milyon 627 min manata yüksəlməsidir.
30 Sentyabr 2018-ci il tarixində “Bank Respublika” 55 milyon 313 min manat cəmi balans kapitalına, 50 milyon 542 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qazaxıstan “Lukoyl”un aktivlərini almaq üçün ABŞ-a rəsmi müraciət göndərib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti






















