WhatsApp-da reklam dövrü başlayır
WhatsApp, mesajların şifrlənməsinə, pulsuz və reklamsız bir xidmət olmasına görə dünyada ən məşhur proqramlardan biridir.
"Marja" xəbər verir ki, WhatsApp, istifadəçilərini narahat edəcək yeni bir dövrə keçir.
Ani mesajlaşma platforması olan WhatsApp-da rəsmən reklam dövrü başlayır. Milyardlarla insanın istifadə etdiyi WhatsApp-da artıq reklamları da görmək məcburiyyətində qalacağıq.
Bir müddətdir WhatsApp-ın reklam layihəsi üzərində işlədiyi bildirilirdi. İstifadəçilərin reaksiya göstərəcəyi bu pis xəbəri şirkətin ən yüksək rəhbərləri də təsdiqləyib. WhatsApp-ın sədr müavini Kris Daniels, populyar mesajlaşma tətbiqinin reklamları göstərəcəyini açıqlayıb. Daniels, WhatsApp reklamlarının şirkətlərə iki şəkildə satılacağını deyib.
Əvvəla, şirkətlər, WhatsApp istifadəçiləri ilə müəyyən ödəniş qarşılığında əlaqə yarada biləcəklər. Bu üsulla istifadəçilər şirkətlərin müştəri xidmətlərinə bağlanacaq, sual və şikayətlərini bildirəcəklər. Müştəri şikayətlərinə cavab vermək üçün də, WhatsApp, şirkətlərdən pul tələb edə bilər. Bu çərçivədə reklamlar, WhatsApp-da "Durum" bölməsində istifadəçilərin qarşısına çıxacaq. Ən azından hələlik, "Söhbətlər" qismində reklam yayımı olmayacaq.
WhatsApp-ın şirkətlərdən bu biznes modeli üçün bir mesaj üşün 0.0039 dollar ilə 0.09 dollar arasında dəyişən bir ödəniş tələb etməsi planlaşdırılır. İlk olaraq WhatsApp-ın iOS variantı üçün başlayacaq reklamlar, sonra WhatsApp-ın Android istifadəçiləri üçün də istifadəyə veriləcək.
BANİSİ QARŞI ÇIXMIŞDI
WhatsApp-ın qurucularından olan və 2014-cü ildə platformanı 19 milyard dollara Facebook-a satan Brian Acton, Mark Zuckerberg başda olmaqla Facebook rəhbərliyi ilə WhatsApp-ın reklam və gələcək strategiyası üzərində razılaşmadığı üçün 2017-ci ildə şirkəti tərk etmişdi.
Facebook-un WhatsApp-da reklam nümayişi qərarını açıqlamasının istifadəçi sayına necə təsir edəcəyi indidən mübahisə mövzusu olub.İstifadəçilər sosial media üzərindən reaksiyalarını dilə gətirməyə də başlayıblar.
WhatsApp-ın dünya miqyasında 1.5 milyarddan artıq aylıq, 500 milyonluq gündəlik aktiv istifadəçisi var.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 25 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı






.jpg)







.jpg)






