SOCAR Rumıniyada 40-cı yanacaqdoldurma məntəqəsini istifadəyə verib
Rumıniyanın Timişoara şəhərində SOCAR brendi ilə yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.
Rumıniya KİV-lərinin verdiyi məlumata görə, bu, Rumıniyada SOCAR brendi ilə açılan 40-cı yanacaqdoldurma məntəqəsidir.
Yeni YDM ən müasir texnologiyalarla, müasir avadanlıqlarla təchiz edilib ki, bunlar da az enerji istifadə etməyə və elektromobilləri enerji ilə təchiz etməyə imkan verir.
Belə ki, “SOCAR Petroleum” şirkəti 4 yeni "Nano” markalı yanacaq satışını həyata keçirir. “SOCAR” YDM-lərində müştərilər hesabların, kommunal xidmətlərin ödənilməsi xidmətindən də istifadə edə bilərlər.
Məntəqədə həmçinin elektriklə işləyən avtomobillər üçün şarj da quraşdırılıb. Müştərilərə YDM ərazisindəki "Nar" kafedə yerli və Azərbaycan məhsulları, eləcə də pulsuz internet xidməti təqdim olunur.
Xatırladaq ki, SOCAR Rumıniyanın 18 rayonunda YDM şəbəkəsinə malikdir.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
-
2 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
-
3 saat əvvəl
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
-
3 saat əvvəl
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
MyShops-dan Ramazana özəl 60%-dək endirim və faizsiz hissəli ödəniş kampaniyası
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
Ən çox oxunanlar
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb
"Azərişıq" barəsində iş açılıb





















