"Uçot düzgün aparılmadığı üçün Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır"
Bu gün Azərbaycanda əməkhaqlarının uçotu düzgün aparılmır.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bugünkü iclasında büdcə müzakirələri zamanı deyib.
ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ AL!
Komitə sədri bildirib ki, uçot düzgün aparılmadığı üçün Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır: "Ona görə də vergilər sistemində nəzərdə tutulan bütün bu islahatlar heç şübhəsiz ki, gələcəkdə Azərbaycanda vergi bazasının artmasına, büdcə gəlirlərinin və onun strukturunun daha da yüksəlməsinə öz təsirini göstərəcək”.
Z.Səmədzadə qeyd edib ki, bəzən haqsız olaraq Azərbaycanın neftdən asılı olduğu deyilir:
“Unutmamalıyıq ki, bu gün Azərbaycan neftlə yanaşı, qaz ixrac edən ölkəyə çevrilib. Biz Dövlət Neft Fondu hesabına iqtisadiyyatımızı yeniləmişik, bu Fond hesabına su kəmərləri çəkmişik, neft yataqlarını inkişaf etdirmişik. Bu baxımdan büdcəyə Dövlət Neft Fondundan vəsaitlərin ayrılması müəyyən zamanda realdır. Neft Fondunun şəffaflığı dünya tərəfindən qəbul edilir. Fondun bundan sonra bir sıra məqsədlər üçün istifadə edilməsi vacibdir”.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
6 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 7 saat əvvəl
-
7 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"





















