OPEC-in neft hasilatı oktyabrda artıb
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft hasilatı, oktyabr ayında əvvəlki ay ilə müqayisədə gündəlik 127 min barrel artaraq 32 milyon 900 min barelə yüksəlib.
"Marja" xəbər verir ki, OPEC-in Oktyabr Ayı Neft Bazarı Hesabatına görə, keçən ay qlobal neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 440 min barrel artaraq 99 milyon 760 min barel olub.
Oktyabrda OPEC-ə daxil olmayan ölkələrdə neft hasilatı gündəlik 310 min barel artımla təxminən 66 milyon 860 min barrelə qalxıb.
OPEC-in xam neft istehsalı isə keçən ay əvvəlki ayla müqayisədə gündəlik 127 min barrel artaraq 32 milyon 900 min barelə çatıb. Beləliklə, OPEC-in oktyabrda ümumi qlobal neft hasilatı içindəki payı dəyişməyərək 33 faiz səviyyəsində qalıb.
Keçən ay OPEK daxilində gündəlik xam neft hasilatı ən çox artıran ölkələr öz növbəsində Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Liviya və Anqolada olub. Birləşmiş Ərəb Əmirliklərində gündəlik hasilat 142 min barel artımla 3 milyon 160 min barel olub. Səudiyyə Ərəbistanında gündəlik hasilat 127 min barel artımla 10 milyon 630 min barelə yüksəlib. Liviyada gündəlik xam neft hasilatı 60 min barrel artaraq 1 milyon 114 min barelə, Anqolada gündəlik hasilat 22 min barrel artaraq 1 milyon 533 min barrelə qalxıb.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Oktyabrda gündəlik neft istehsalında OPEC tərkibində ən böyük azalma İran, Venesuela, Küveyt və Nigeriyada baş verib. İranda gündəlik hasilatı 156 min barrel azalaraq 3 milyon 296 min barrelə enib.
Venesuelada neft hasilatı gündəlik 40 min barrel geriləyərək 1 milyon 171 min barelə, Küveytdə 33 min barel azalaraq 2 milyon 764 min barrelə enib. Nigeriyada isə oktyabrda gündəlik neft hasilatı 17 min barrel azalaraq 1 milyon 751 min barel olub.
QLOBAL TƏLABAT ARTACAQ
OPEC-in proqnozuna görə, gələn il qlobal neft tələbi bu illə müqayisədə 1 milyon 290 min barel artımla sutkada 100 milyon 80 min barelə çatacaq.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
-
9 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
11 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
12 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 13 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır







.jpg)





.jpg)











.jpg)
