Kapitalı azalan sığorta şirkətlərinə vaxtında müdaxilə ediləcək - QANUN DƏYİŞİR
Azərbaycanda “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi, qanuna sığorta və təkrarsığorta şirkətlərinin sağlamlaşdırılması ilə bağlı müddəaların əlavə edilməsi nəzərdə tutulub.
Bu barədə müvafiq qanun layihəsi hazırlanıb.
Sənədə əsasən, dəyişikliklər kapital tələblərinə cavab verməyən sığorta və təkrarsığorta şirkətlərinə vaxtında müdaxilə edilməsi, həmin şirkətlərin iflasdan xilas edilməsi və iflasa getdiyi təqdirdə isə istehlakçıların hüquqlarının qorunması məqsədilə şirkətin vəsaitlərinin qorunması üçün hüquqi əsas yaradır.
Layihəyə görə, sığortaçının məcmu kapitalı tələb olunan kapitalından aşağı olduqda və ya sığortaçı sığortalılar, sığorta olunanlar, faydalanan şəxslər, maliyyə bazarlarına nəzarət orqanı, İcbari Sığorta Bürosu və digər şəxslər qarşısında öhdəliyini icra etmədikdə sağlamlaşdırma planının hazırlanması və tətbiqi və ya sığortaçının rəhbər işçilərinin vəzifələrindən müvəqqəti kənarlaşdırılması və daha sonra azad edilməsinin tələb edilməsi yaxuda da sığortaçıya müvəqqəti inzibatçının təyin edilməsi tətbiq edilir.
Sənəddə deyilir ki, sığortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının məbləğinin 90%-nə qədər endikdə maliyyə bazarlarına nəzarət orqanı sığortaçıdan sığortaçının maliyyə vəziyyətinin və itirilmiş kapitalının bərpası üçün tədbirləri və onların icra müddətlərini özündə əks etdirən sağlamlaşdırma planının təqdim edilməsini tələb edir. Sağlamlaşdırma planı bir sığortaçıya münasibətdə iki təqvim ili ərzində yalnız bir dəfə tətbiq edilə bilər.
Qeyd olunur ki, müvəqəqti inzibatçı institutu maliyyə institutlarını iflasdan qurtarmaq məqsədilə tətbiq edilən sağlamlaşdırma tədbirlərindən biridir. Müvəqqti inzibatçı sığortaçının mövcud maliyyə vəziyyəti haqqında ən geci 60 təqvim günü müddətində hesabat hazırlayıb maliyyə bazarlarına nəzarət orqanına təqdim edir. Hesabata sığortaçının ləğvi zamanı satıla bilən aktivlərin dəyərləndirilmiş qiyməti daxil edilir.
Müvəqqəti inzibatçı maliyyə bazarlarına nəzarət orqanının işçiləri sırasından və ya kənar şəxslərdən 3 aya qədər müddətə təyin edilir. Bu müddət hər dəfə 3 aydan çox olmamaq şərti ilə ümumilikdə 12 aya qədər uzadıla bilər. Müvəqqti inzibatçının əmək haqqı və çəkdiyi xərclər sığortaçının aktivləri hesabına ödənilir.
Qanunda deyilir ki, sığortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının məbləğinin 90%-dən az, 80%-dən çox olduqda maliyyə bazarlarına nəzarət orqanı sığortaçıya rəhbər işçilərinin 45 iş gününədək müddətə vəzifələrindən müvəqqəti kənarlaşdırılması barədə təqdimat verir.
Maliyyə bazarlarına nəzarət orqanı bu vəziyyətlə bağlı təqdimat verdikdə, sığortaçı onun məcmu kapitalının məbləğinin tələb olunan kapitalın məbləğinin ən azı 90%-nə bərabər olmasını bu cür təqdimat verildiyi tarixdən 6 ay ərzində təmin etməlidir.
Maliyyə bazarlarına nəzarət orqanının rəhbər işçilərin vəzifələrindən müvəqqti kənarlaşdırılması və ya azad edilməsi ilə bağlı təqdimat bu təqdimatın verldiyi gündən sonrakı 5 iş günü ərzində icra edilməlidir.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 7 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 13 saat əvvəl
-
13 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb






















