“Ödə sonra danış” sistemidə borc yaranmayacaq”
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) sabit (stasionar) telefon xidməti üçün "öncədən ödəmə" sisteminin tətbiqinə başlayıb.
BTRİB-dən verilən məlumata görə, "öncədən ödəmə" sistemi göstərilən xidmətlərə görə sonradan ödəniş edən abunəçilərin debitor borcunun yaranmasının qarşısını alacaq, müvafiq qaydada öncədən ödənilən məbləğə uyğun xidmətin verilməsini təmin edəcək. Bu da müxtəlif səbəblərdən ünvanı tərk edən və ya abunə haqqını ödəyə bilməyən istifadəçilərin borclanması kimi problemləri aradan qaldıracaq.
Artıq bu ilin martın 1-dən etibarən sabit (stasionar) telefon istifadəçiləri hər ayın 5-dək telefon borcunu öncədən ödəməli olacaqlar. Ödəniş edilmədiyi təqdirdə, ayın 6-dan etibarən 101, 102, 103 və 112 qısa nömrələrə zəng imkanı istisna olmaqla, xidmət birtərəfli qaydada dayandırılacaq və abunəçilər yalnız daxil olan zəngləri qəbul edə biləcəklər. Sonrakı bir ay ərzində borc ödənilmədiyi halda, abunəçiyə əlavə borc yazılmaması üçün telefon şəbəkədən çıxarılacaqdır.
Şəbəkədən çıxarıldıqdan sonra, iki ay ərzində (borcun yaranmasından 4 ay) abunəçi iki ayın abunə və istifadə edilmiş xidmətlərin haqqını ödəyərək telefon xidmətini bərpa edə bilər. Əks halda, onunla bağlanan müqaviləyə xitam veriləcək. Əgər abunəçi telefon xidməti üçün müraciət edərsə, telefon çəkilişi tarifinə uyğun olaraq ödəniş (30 manat) etməli olacaqdır.
Onu da qeyd edək ki, müqaviləyə xitam verilməsindən sonra 2 ay ərzində nömrə digər abunəçilərə satılmır, yəni həmin müddətdə yenidən müraciət edən abunəçi əvvəlki nömrəsini əldə edə bilər. Beləliklə, BTRİB abunə haqqını ödəməyən abunəçiyə yarım il müddətində 2 aylıq abunə haqqını və istifadə etdiyi xidmətlərə görə ödəniş edərək telefondan yenidən istifadə imkanı yaradır.
Məlumat üçün bildirək ki, BTRİB 2016-cı ilin noyabr ayından internet və İPTV xidmətləri üçün “öncədən ödəmə” sistemini tətbiq edir.
Telefon, internet və İPTV xidmətləri üzrə aylıq abunə haqlarını onlayn və ödəmə terminalları vasitəsi ilə ödəmək mümkündür.
Qeyd edək ki, BTRİB dövlət və idarəetmə orqanlarını, fiziki və hüquqi şəxsləri stasionar, CDMA, İP telefon rabitəsi xidmətləri ilə təmin edir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 gün sonra
- 21 d. əvvəl
-
- 42 d. əvvəl
-
48 d. əvvəl
AccessBank-ın Müşahidə Şurasının xanım üzvləri qadın liderlərlə bir araya gəldilər
-
53 d. əvvəl
Bakı Limanında Türkmənistanda inşa olunan “Gadamly” quru yük gəmisinin qarşılanma mərasimi keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avtomobil bazarında qiymət indeksləri açıqlandı: Orta qiymət 30 min manatı keçib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
Azərbaycanın xarici dövlət borcu 8 %-ə yaxın azalıb
Bakı Limanında Türkmənistanda inşa olunan “Gadamly” quru yük gəmisinin qarşılanma mərasimi keçirilib
Tehran-Bakı aviareyslərinin sayı gələn həftədən artırılacaq
Azərbaycanda 4 ayda orta illik inflyasiya 5,6 % olub
Mayın 13-nün hava proqnozu - 31° İSTİ GÖZLƏNİLİR
"Kontakt Home": Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib, çatdırılmada gecikmələr yaşana bilər
Azərbaycanda iqtisadi artım cüzi də olsa yenidən bərpa olunub
"Prior Leasing" ASC-nin 1 milyon manatlıq istiqrazları Bakı Fond Birjasında 100% yerləşdirildi
Qərbin avtomobil istehsalçısı Çin texnologiyasına güvənir və "Leapmotor" ilə əməkdaşlığını dərinləşdirir






.jpg)








.jpg)









