İş adamı necə günahsız çıxdı? - Vergidən külli miqdarda pul yayındırmaqda suçlanırdı
Külli miqdarda vergidən yayınmaqda təqsirləndirilən şirkət rəhbəri bəraət alıb. Onun günahsız olduğu məhkəmədə sübuta yetirilib.
1955-ci il təvəllüdlü Arif Quliyev Sumqayıt şəhər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli hökmü Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə təqsirli bilinib. Qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.
A.Quliyev təqsirli bilinib ondan ötrü ki, o, 2 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan “Viktoriya-93” MMC-nin icraçı direktoru vəzifəsində işləyərkən cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları özü tam yerinə yetirmək, əmlakının maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifələrini üzərinə götürdüyü halda vergi ödəməkdən yayınıb.
O, cəmiyyətin adından qeydiyyatda olduğu vergi orqanına təqdim edilmiş bəyannamələrə bilə-bilə təhrif edilmiş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə külli miqdar təşkil edən 81 min 692 manat məbləğində vergiləri dövlət büdcəsindən yayındırmaqda günahlandırılıb.
Amma şirkət rəhbəri bu ittihamla razılaşmayıb. Barəsində çıxarılan hökmdən narazı qalan iş adamı apellyasiya şikayəti verib.
Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Fərmayıl Zeynallının sədrliyi ilə baxılıb.
Arif Quliyev barəsində bəraət hökmü çxıarılmasını məhkəmədən xahiş edib.
Təqsirləndirilən Arif Quliyev özünü təqsirli bilmədiyini deyib. İş adamı deyib ki, “Viktoriya 93” MMC-nin fəaliyyəti tikintiquraşdırma işlərinin görülməsindən ibarət olub.
“İşlərin görülməsinə dair müqavilələri cəmiyyətin adından mən bağlamışam. Əməliyyatları Beynəlxalq Bankdakı hesablaşma hesabı ilə özüm aparmışam. Əməliyyatlara görə bank hesablarına gələn pul vəsaitlərini də mən götürmüşəm. Mühasibatlıq işlərini aparıb, hesabatlar tərtib edərək internet vasitəsi ilə vergi orqanına göndərmişəm. Şirkətin hesabat və maliyyə sənədləri, möhür, künc ştampı, vergi orqanı tərəfindən verilmiş elektron şifrə parol kodu məndə olub.
2017-ci ildə “Azərbaycan Respublikası hökuməti ilə Koreya Respublikasının Şanhan bankı arasında Yevlax Gəncə Magistral Avtomobil Yolu Layihəsi üzrə” kredit sazişi təsdiq edilib. Layihənin icrası ilə bağlı sazişdə göstərilir ki, bu işi görən şirkətlər layihənin icrası, sənədləşmə, mal və yüklərin çatdırılması ilə əlaqədar görülən işlərdə istənilən növ vergidən azaddır.
Bizim MMC-də Yevlax-Gəncə avtomobil yolunun salınmasında iştirak etdiyindən bütün növ vergilərdən azad edilib. İşlərin görülməsi üçün bizə 239 min 320 manat ödənilib, amma biz 246 min 300 manat xərcləmişik.
İş materiallarından görünür ki, işə baxan birinci instansiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sübutları düzgün araşdırmayıb”- deyə iş adamı qeyd edib.
Şikayəti araşdıran məhkəmə kollegiyası da iş adamının qeyd etdiyi məqamı nəzərə alıb. Kollegiya bildirib ki, Azəbaycan hökuməti ilə Koreyanın “Şanhan” bankı arasıda Yevlax-Gəcə avtomobil yolu layihəsinin icrasında çalışan şirkətlərin “vergidən azaddır” bəndinin olması birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmayıb.
Məhkəmə kollegiyası belə nəticəyə gəlib ki, Arif Quliyevin əməllərində cinayət tərkibi yoxdur və buna görə də onun barəsində bəraət hökmü çıxarılmalıdır.
Qərara əsasən Suqmayıt Şəhər Məhkəməsinin Arif Quliyev barəsindəki hökmü ləğv edilib. Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin mülki iddiası təmin olunmayıb.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Yeni Müsavat
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Ən çox oxunanlar
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb

























