"Azərbaycanın bank sektorunda elə bir maliyyə təşkilatı peyda olacaq ki,..."
“AccessBank”ın nizamanmə kapitalı daha çox artırılacaq. Qeyd edək ki, 2018-ci ilin yayında səhmdarları “AccessBank”ın nizamanmə kapitalının 140 milyon manat artırılmasına qərar vermişdilər. Bu gün “AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, nizamanmə kappitalı 184 milyon manat artırılacaqdır.
“Marja” xəbər verir ki, Anar Həsənov “Nizamnamə kapitalının artırılması ilə bağlı vəziyyət nə yerdədir?” sualına aşağıdakı şəkildə cavab verib.
“Bir müddət öncə qeyd etdiyimiz ki, bankın xarici investorları tərəfindən kapitallaşma barədə qərar qəbul olunub. Noyabrın 15-də bankın kapitallaşması ilə bağlı saziş imzalanıb. Qeyd edim ki, bu, ilk hüquqi icbari sənəddir və onun tərəfləri qismində bankın mövcud səhmdarları və beynəlxalq kreditorları çıxış edir. Bizim üçün vəziyyətin özəlliyi ondan ibarətdir ki, beynəlxalq maliyyə institutlarının timsalında bankın aparıcı tərəfdaşları böyük həvəslə və qısa müddət ərzində bankın kapitalına mühüm investisiya yatırılması ilə bağlı razılıq əldə etdi.
Sazişə əsasən, kapitallaşma prosesi sözügedən təşkilatlar tərəfindən banka 184 mln. manat məbləğində dəstəyin olunacağını nəzərdə tutur. Bu vəsaitdən 118,5 mln. manat bankın nizamnamə kapitalının artırılmasına yönələcək və bunun nəticəsində səhmdar kapitalı 258 mln. manata çatdırılacaq. Əlavə olaraq subordinasiya olunmuş kredit alətləri vasitəsilə II dərəcəli kapitalın 22 mln. manat artırılması planlaşdırılır. Bununla yanaşı, "şərti kapital"ın artırılması üçün də 22 mln. manatın ayrılması nəzərdə tutulub ki, gələcəkdə ehtiyac olduğu halda bu vəsaitdən də istifadə olunacaq.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Bu onu göstərir ki, bank beynəlxalq maliyyə institutları üçün olduqca vacib tərəfdaş olaraq qalmaqdadır. Son aylar ərzində bank və gələcək səhmdarlar təsisçilər sırasına beynəlxalq tərəfdaşların cəlb olunması istiqamətində çox böyük həcmdə iş görüblər. Bu cür layihələrin spesifikasına bələd olan adamlar bilir ki, belə danışıqların qeyd olunan müddət ərzində bitirilməsi rekord hesab olunur və ölkənin qeyri-neft sektorunun inkişafında beynəlxalq maliyə təşkilatlarının maraqlı olmasından xəbər verir.
Kapitallaşma prosesi bitdikdən sonra Azərbaycanın bank sektorunda elə bir maliyyə təşkilatı peyda olacaq ki, onun səhmdarları sırasına mövcud təsisçilərlə yanaşı, Avropa İnvestisiya Bankı, Asiya İnkişaf Bankı (hər ikisi AAA reytinqə malikdir) və beynəlxalq maliyyə bazarlarında nüfuzlu oyunçu olan digər investorlar daxil olacaq. Bu təşkilatların bir çoxu Azərbaycanın maliyyə sektoruna ilk dəfə olaraq kapital yatırımı edəcək. Bildiyim qədər, hətta bəzi investorlarımız AccessBank-ın səhmdarı olmaq üçün daxili nizamnaməsinə bəzi dəyişikliklər ediblər. Bu isə bir daha onu göstərir ki, investorlar ölkə iqtisadiyyatının müsbət inkişaf dinamikasına və AccessBank-ın biznes planına inanır. Belə çıxır ki, AccessBank nəinki Azərbaycanın bank sektorunda (gülür), həm də müəyyən mənada beynəlxalq səviyyədə tarix yazır".
Qeyd edək ki, “AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov “Marja”ya geniş müsahibə verib. Müsahibəni buradan oxuya bilərsiniz.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 27 d. əvvəl
- 30 d. əvvəl
-
30 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 3 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
S&P 500 rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib




















