"Vergi güzəştlərində ayrı-seçkilik yoxdur" - "METAK"IN BAŞ MÜHASİBİ
Azərbaycanda 2019-cu ildə gözlənilən vergi dəyişiklikləri əhali və bizneslə yanaşı, ekspertlərin də diqqətindədir. Azərbaycanın plastik borular istehsalçısı “METAK”ın baş mühasibi Pərviz Osmanov bu dəyişikliklərə və yeniliklərlə bağlı aparılan müzakirərə münasibətini açıqlayıb.
Xatırladaq ki, bir qədər əvvəl vergi mütəxəssisi Vəli Əliyev, ölkə rəhbərliyinə müraciət edərək Vergi Məcəlləsində planlaşdırılan dəyişikliklərin vergi ödəyiciləri arasında ayrı-seçkilik yaradacığını bildirmiş və dəyişikliklərlə bağlı ekspertiza təyin edilməsini xahiş etmişdi.
P.Osmanov isə əksinə, bildirib ki, dəyişikliklər normaldır və heç bir ayrı-seçkilik yaratmır. Ekspert bildirir:
“Son vaxtlar vergi məcəlləsinə ediləcək dəyişikliklər haqqında bir xəbər tirajlanır. Məsələ bir mütəxəssisin Ölkə Prezidentinə dəyişikilər ilə “bərabərlik prinsipinin pozulması” haqqında məlum məktubudur.
Qeyd etmək istəyirəm ki, vergi siyasəti dövlətin fiskal siyasətinin elementlərindən biridir. Dövlət bu yolla gəlir və xərclərin bölgüsünü müəyyən edir. Həmçinin dövlət vaxtaşırı özünün prioritet hesab etdiyi sahələri inkişaf etdirmək üçün hər hansı güzəştlər tətbiq edir ki, bu alətlərdən biri də vergi güzəştləridir. Keyns deyirdi ki, dövlət vergilərin və xərclərin səviyyəsini dəyişdikdə bu məcmu tələbə və iqtisadi aktivliyə təsir göstərir.
Hamıya məlumdur ki, bu gün dövlət üçün prioritet sahə qeyri – neft sektorudur. Dövlətin planlaşdırdığı gəlir vergisindən azadolmalar bu sektorun inkişafına müsbət təsir göstərəcək. Həmçinin dövlət kənd təsərrüfatının inkişafı üçün bu sahəyə, sənaye parklarının rezidentlərinə, vergi və müxtəlif güzəştlər tətbiq edir. Burda hər hansı ədlətsizlikdən söhbət gedə bilməz.
Neft sektoru isə kifayət qədər gəlirli sahədir, ona görə də güzəştin bu sahəyə də şamil olunmaması tam anlaşılandır. Baxmayaraq ki, neft sektoruna da aid vergi məcəlləsində və xüsusi protokollarda kifayət qədər güzəştlər mövcuddur. Bu “bərabərlik prinsipinin pozulması” məntiqi ilə, dividentdən vergi tutulmaması, ədv-yə sıfır dərəcə ilə cəlb olunma, mənfəət vergisi ilə bağlı ilə bağlı güzəştlər də ədalətsiz sayılmalıdır.
Büdcə sahəsində güzəşt olmaması isə dövlətin əmək haqqı siyasətinə bağlıdır. Yəni burda da maliyyələşmə və vergitutma dövlət büdcəsinə aid olduğu üçün heç bir anlaşmazlıq yoxdur.
Umumiyyətlə götürsək, gəlir vergisində güzəştlər ölkədə sahibkarlığın inkişafına böyük dəstəkdir. Həmçinin dövlət bu yolla qeyri rəsmi məşğulluğu minimuma endirmək istəyir ki, dəyişiklik qeyri rəsmi məşğulluq üçün riskli sahəyə şamil olunmuşdur. Neft və büdcə təşkilatlarında qeyri rəsmi məşğulluq demək olar ki yoxdur”.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 25 d. əvvəl
- 28 d. əvvəl
-
28 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
S&P 500 rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib






















