"Dövlət işçisi vəfat edir, həyat sığortası şirkəti ödənişdən imtina edir" - BOŞLUQ
İcbari həyat sığortasında boşluqlar mövcuddur. Sığorta şəhadətnaməsində sığorta müqaviləsinin qüvvəyə minməsi tarixinin, sığorta ödənişinin ilk ödənildiyi gün kimi qeyd edilməsi sığortalının ödəniş almaması ilə nəticələnə bilir. Bunu “Marja”ya sığorta bazarı üzrə ekspert İlkin İbrahimov bildirib.
“İstehsalatda bədbəxt hadisələr və Peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta"sı ilə sığorta olunmuş dövlət müəsisəsinin işçisi ilə həyat sığorta şirkəti arasında müqavilə bağlanır. Müqavilə hadisədən 3 ay qabaq bağlanır. 3 ay sonra bədbəxt hadisə baş verir. Şəxs vəfat edir. Sığorta şəhadətnaməsində sığorta müqaviləsinin qüvvəyə minməsi, sığorta ödənişinin ilk ödənildiyi gün kimi qeyd edilir. Ölənin varisləri sığortaya müraciət edir. Sığorta müqaviləyə əsasən "imtina edir"”,- İlkin İbrahimov bildirdi.
Ekspert əlavə etdi ki, suallar bundan sonra başlayır:
Birincisi, sığorta ödənişini kim gecikdirib? Büdcə təşkilatı olduğundan Maliyyə Nazirliyinə də sual vermək olar. İkincisi səyat sığortası şirkəti "imtina etdiyindən" qanunla bu ödənişi İcbari Sığorta Bürosu (İSB) verməlidir. İSB burada sığorta ödənişini verdikdən sonra subroqasiya (geri tələb etmə) qaydası tətbiq edə bilərmi? Qanunla bəli...”
İlkin İbrahimov təklif edir ki, şəhadətnamədə “sığorta müqaviləsi müqavilənin bağlandığı gün qüvvəyə minir” ifadəsi qeyd edilsə, işçilər üçün əlverişli olar. Çünki büdcə təşkilatının ödənişi geciksə belə mütləq ödənir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 28 d. əvvəl
-
1 saat əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
1 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib




















