Rabitəbankın Qusar filialı yeni ünvanda müştərilərin xidmətindədir!
(®) Rabitəbankın Qusar filialı artıq yeni ünvanda – Qusar şəhəri, Ç. Qurbanov 18a ünvanında müştərilərinə xidmət göstərməyə davam edəcək.
27 noyabr 2018-ci il tarixində yeni ünvanda Qusar filialın açılışı baş tutmuşdur. Açılışda başda Rabitəbankın İdarə Heyətinin sədri Elçin Qədimov olmaqla bank rəhbərliyindən bir sıra şəxslərlə yanaşı həm də bankın müxtəlif strukturlarında çalışan əməkdaşlar da iştirak etmişdir.
Filialın yeni ünvana köçməsi səbəbi bankın getdikcə çoxalan müştəri kütləsinə daha yaxşı xidmət göstərmək istəyidir. Belə ki, yeni filial geniş və işıqlı binada yerləşir, müştərilər üçün geniş gözləmə zalı mövcuddur.
Qusar filial bütün növ hesablaşma və kassa əməliyyatlarının, pul köçürmələrinin həyata keçirilməsi və bütün müştəri seqmentlərinə uyğun kreditlərin verilməsi üzrə xidmətlər göstərir.
25 illik bank tarixinə sahib Rabitəbank ölkənin ən iri banklarından biri kimi 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 27 d. əvvəl
-
1 saat əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
1 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib




















