İnsanlar kimi balalarını bəsləyən və baxan hörümçək növü tapılıb
Çində balalarını südlə bəsləyən hörümçək növü tapılıb. Laboratoriya şəraitində aparılan tədqiqatda ana hörümçəklərin balalarını südə bənzər bir maddə ilə bəslədiyi və 40 günə qədər baxdığı müşahidə olunub.
Çin alimləri insanlar kimi balalarını südlə bəsləyən və onlara kamillik dövrünə qədər baxan hörümçək növü tapıb.
"Marja" "Şinhua" agentliyinə istinadən xəbər verir ki, Çin Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Şişuangbanna Nəbatat Baxçasından tədqiqatçılar Cənubi Asiyada qarışqaya bənzəyən, yuvalarda yaşayan və tullanan "Toxeus Maqnus" adlı hörümçək növünü kəşf edib.
Laboratoriya şəraitində 19 fərqli yuvada 187 hörümçək balası üzərində aparılan araşdırmalarda, ana hörümçəklərin südə bənzər bir maddə ilə bala hörümçəkləri bəslədiyi və körpələr yetkinliyə çatana qədər onlara baxdığı aşkar edilib.
Balaların ilk 20 gün ərzində yerə tökülən südə bənzər maddəni içdiyi və ana hörümçəyin qarın bölgəsindəki bir bölgəni əmdiyi müşahidə olunub.
Həmçinin 20 - 40 gün arasında bala hörümçəklərin də həm ov etdiyi, həm də ana südü ilə qidalanmaya davam etdiyi müəyyən edilib. Yetkinliyə çatma müddəti olan 40 gündən sonra isə yalnız dişilərin ana hörümçəklərin yanında qaldığı, erkək körpələrin isə sıxışdırılıb yuvanı tərk etməyə məcbur edildiyi öyrənilib.
Araşdırmanı idarə edən Çın Çanci, araşdırmanın, tədqiqatçıları başda onurğasız olmaqla, heyvanlar arasında valideynlik tərzini yenidən qiymətləndirməyə təşviq etdiyini deyib.
Onurğasız heyvanlar, dünyadakı növlərin 95%-ni təşkil edir. Tədqiqat ABŞ-ın "Science" jurnalında dərc olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 16 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























