Biznes hədəflərinə çatmaqda yardımçı olacaq 4 dərs
Hər bir şirkətin onlarla hədəfi var. Bəs onların bu məqsədlərə nail olma ehtimalları nə qədərdir? Həmin hədəflərə çatmaq üçün müəyyənləşdirilmiş strategiyaları varmı? Əməkdaşlar işə gəldikdə hansı məqsədə xidmət etdiklərini başa düşürlərmi? Bu və bunun kimi bir çox sualın cavabı iş intizamı ilə bağlıdır.
Hamımızın müəyyən bir fikri var, ancaq çoxumuz onları reallaşdırmaq üçün daxili intizama malik deyilik. www.readit.az saytında yenicə yerləşdirilmiş “Icranın 4 dərsi: Ən vacib hədəflərə çatmaq qaydaları” kitabı sizə yuxarıdakı sualları cavablandırmaqla real intizama malik olmağın yolunu öyrədir.
Hər bir idarəçinin, sahibkarın, menecerin oxuması vacib olan bu kitabın məzmunu ilk dəfə Azərbaycan dilində oxuculara təqdim olunur.
Qeyd. Hal-hazırda www.readit.az saytında 100 ən məşhur kitabın məzmunu yerləşdirilib. Siz sayta abunə olaraq bütün məzmunları abunə müddətində oxuya bilərsiniz. Əgər 6 aylıq abunə alsanız, Daha ağıllı ol! kitabı çap şəklində sizə hədiyyə olunacaq.
Abunə paketləri => Daxil ol
Sizinlə saytda yerləşdirilmiş məzmundan 2-ci dərsi paylaşırıq.
2-ci Dərs: Aparıcı tədbirlər həyata keçirin
Hər hansı bir gecikmə tədbiri hədəfə çatıb-çatmadığınızı bildirirsə, aparıcı tədbir hədəfə çatma ehtimalınızı artırır. Məsələn, avtomobilinizin yolda ikən hansı tezliklə xarab olacağına nəzarət edə bilmirsinizsə (gecikmə tədbiri), onu mütəmadi olaraq yoxlanışdan keçirməklə (aparıcı tədbir) bəzi problemlərin qarşısını ala bilərsiniz. Aparıcı tədbirlərə nə qədər çox fokuslansanız, avtomobilinizin yolda xarab olma ehtimalını bir o qədər çox azalda bilərsiniz. Gecikmə tədbirlərinin bu cür adlandırılmasının səbəbi məlumatı əldə etdiyiniz vaxt nəticənin artıq mövcud olmasıdır. Ancaq əgər aparıcı tədbirlərdən istifadə etsəniz, gecikmə tədbirlərinin də necə dəyişəcəyini proqnozlaşdıra bilərsiniz.
Bununla yanaşı, aparıcı tədbirlər də müəyyən məsələlərin, məsələn komandanın təsirinə məruz qala bilər. Komandanızın etməli olduqları ilə etdikləri arasındakı boşluğu aradan qaldırmaq üçün lazım olanlar aparıcı tədbirlər haqqında məlumatlardır. Aparıcı tədbirlər olmadan gecikmə tədbirlərini idarə etməyə, nizamlamağa çalışmaq nadir hallarda yaxşı nəticə verir.
Müəllif Oakland Atletika komandasını nümunə çəkir. Bu komanda 1990-cı illərdə Beysboll Ligasının ən pis komandası idi. Komanda yarıuçmuş stadionda oynayır, azarkeşləri isə gündən-günə azalırmış. Onlar komandaya maliyyə problemi ucbatından daha uğurlu oyunçular cəlb edə bilmirdilər. Baş menecer Sandy Aldersonun ƏVH-i (ən vacib hədəfi) komandanı xilas etmək və stadionu azarkeşlərlə doldurmaq idi. Azarkeşlərin bəziləri ulduz oyunçuları görmək istəyir, bəziləri oyun atmosferindən həzz alır. Ancaq ən əsası azarkeş qalib komanda görmək istəyir. Bir çoxları düşünür ki, qalib olmaq üçün daha yaxşı oyunçulara sahib olmaq lazımdır.
Oakland Atletika Federasiyasının direktoru Sendi Alderson və köməkçisi Billi Bin bu məsələ ilə bağlı əsas sualları ümumiləşdirdilər: Qələbə qazanmaq üçün nə lazımdır? Cavab: maksimum qaçış sayı. Qaçışı formalaşdıran aparıcı tədbirlər hansılardır? Bu suallar vasitəsilə Sendi və Billi güclü oyunçuların əslində məhsuldar olmadıqlarını müəyyənləşdirdilər.
Billi Bin bu məlumatdan istifadə etməyə başladı. On il ərzində Oakland A komandası, Major League Baseball-da beşinci ən yüksək rekorda sahib olduğu halda, oyunçuların maaşlarına görə ümumi sıralamada 24-cü yerdə idi. Beləliklə, Oakland komandasının idarə heyəti aparıcı tədbirlərdən istifadə edərək, uğur qazanmağa başladı.
Əgər ƏVH məsələsində qətiyyətlisinizsə, aparıcı tədbirləri reallaşdırmaq üçün öz yolunuzu formalaşdırmalısınız. Yadda saxlayın ki, lazımi məlumatlara sahib olmadan aparıcı tədbirlərdən istifadə edərək fəaliyyətinizi yaxşılaşdıra bilməzsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
-
16 saat əvvəl
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
- 16 saat əvvəl
-
17 saat əvvəl
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
-
17 saat əvvəl
Tramp: İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz
-
17 saat əvvəl
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
-
17 saat əvvəl
Azər Türk Bank təqaüdçülərə 9,9%-dən başlayan istehlak kreditləri təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir





















.jpg)


