Xarici neft şirkətləri kiçik və orta biznesə dəstək verəcəklər - ANLAŞMA
Bu gün Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yerli bizneslərin inkişafına dəstək verilməsi istiqamətində əməkdaşlıq imkanlarını birgə araşdırmaq üçün BP şirkəti ilə əməliyyatçısı olduğu Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları adından anlaşma memorandumu imzalayıb.
Anlaşma memorandumu çərçivəsində tərəflər birlikdə yerli biznesin inkişafına dəstək olmaq məqsədilə potensial əməkdaşlıq istiqamətlərini və sahələrini qiymətləndirmək üzərində işləyəcək.
BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli deyib:
“Bu gün biz yerli biznes sektorunun böyüməsinə bundan sonra da yardım etmək üçün KOBİA ilə sıx əməkdaşlıq etməyə imkan verəcək bu anlaşma memorandumunu imzalamaqdan məmnunluq duyuruq. Azərbaycanın ən böyük neft və qaz layihələrinin operatoru kimi BP öz tərəfdaşları ilə birlikdə on ildən artıqdır ki, yerli biznesin inkişafına yönəlmiş təşəbbüslərə dəstək verir. Bu, bizim Azərbaycandakı sosial sərmayə strategiyamızda prioritet sahədir və bundan sonra da prioritet qalmağa davam edəcək. Azərbaycandakı fəaliyyətimizin ilkin illərində biz yerli şirkətlərin təcrübəli beynəlxalq şirkətlərlə rəqabət apara bilməsi və bu regionda BP-nin operatoru olduğu layihələrdə daha çox iştirak edə bilməsi üçün öz potensial və imkanlarını gücləndirməyə ehtiyac duyduğunu müşahidə edirdik. Biz bu təşəbbüsün gerçəkləşdirilməsində çox uğurlu nəticələrə nail olmuşuq və yüzlərlə yerli şirkətin biznesimizə keyfiyyətli xidmətlər göstərməsini görməkdən qürur duyuruq. Biz Azərbaycan iqtisadiyyatının sürətli inkişafının bir hissəsi kimi yerli şirkətlərin inkişafına və böyüməsinə yardım etmək öhdəliyimizə sadiq qalırıq”.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib: “Kiçik və orta sahibkarlıq sektorunun inkişafını təşviq etmək və ona dəstək olmaq məqsədilə yerli və xarici özəl şirkətlərlə əməkdaşlıq KOBİA üçün prioritet sahələrdən biridir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi biznes sektorunda fəaliyyət göstərən şirkətlər üçün biznes mühitinin yaxşılaşdırılmasına dair öhdəlik götürüb. Biz inanırıq ki, bu sektorun inkişafı Azərbaycan iqtisadiyyatına töhfə verəcək. BP sosial məsuliyyətə xüsusi diqqət ayıran bir şirkətdir və təbii ki, yerli biznes infrastrukturunun inkişaf etdirilməsi öhdəliyinə sadiqdir. Biz kiçik və orta biznesin inkişafına dəstək verilməsini nəzərdə tutan bu anlaşma memorandumunu imzalamaqdan məmnunluq duyuruq. Əminik ki, bu, Azərbaycanda kiçik və orta biznes sektorunun inkişafı üzrə platformanı gücləndirəcək”.
KOBİA-nın strateji təşəbbüsləri çərçivəsində KOB Evi (30-dan çox hökumət qurumu tərəfindən 100-dən çox G2B (dövlət-biznes) xidməti və bir pəncərə prinsipi əsasında 1 000-dən çox B2B (biznes-biznes) xidməti), e-KOB Evi, Dövlət-özəl Tərəfdaşlığının İnkişaf Mərkəzi, KOB İnkişaf Mərkəzləri və KOB İnkişaf fondları yaradılıb. KOB klasterlərinin inkişafı klasterləri stimullaşdıracaq və qabaqcıl beynəlxalq təcrübəyə əsasən KOB klasterləri üçün hökumətin dəstək siyasəti üzrə mexanizm təmin edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 22 d. əvvəl
-
- 24 d. əvvəl
-
54 d. əvvəl
Bazar iştirakçıları gümüş alırlar - Qiyməti tarixdə ilk dəfə 90 dolları ötüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibank 2025-ci ili necə başa vurub? - BANKIN SON VƏZİYYƏTİ MƏLUM OLDU
-
2 saat əvvəl
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
ABŞ 2025-ci il üçün neft qiyməti proqnozunu yüksəltdi
Naxçıvanda dəmir yolu xəttinin tikintisi davam etdirilir
Qızıl və gümüş daha da bahalaşdı
"Allianz" Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
Rəsmi məzənnələr açıqlandı
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Tramp: “İranlı vətənpərvərlər, etirazlarınıza davam edin, dövlət qurumlarını ələ keçirin. Kömək yoldadır”





















