Cərimə deyil, maliyyə sanksiyası tətbiq ediləcək - QANUN DƏYİŞDİ

Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Bu, İnzibati Xətalar Məcəlləsinin maddələrindən birinin ləğv edilməsi ilə bağlıdır.
Məcəllənin 450-ci (Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan satılması, satış məqsədi ilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması, belə məhsulların (malların) nağd qaydada alqı-satqısı) maddəsi ləğv olunub.
Bu maddəyə əsasən, aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda satılmasına, satış məqsədi ilə saxlanmasına və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına görə aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə, fiziki şəxslər 150 manatdan 250 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilirdi.
Pərakəndə satış istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması görə 100 məbləğində cərimə tətbiq olunurdu.
Bildirilib ki, hazırda qanun pozuntuları aşkar edildiyi hallarda dövlət vergi orqanları tərəfindən inzibati xəta haqqında iş üzrə protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə rayon (şəhər) məhkəmələrinə göndərilir. Qeyd olunan pozuntuya görə tərtib olunan inzibati xətanın nəticələrinə dair protokollar üzrə müvafiq məhkəmələrin qərarlarına əsasən tətbiq edilən inzibati cərimələr vergi orqanları tərəfindən həmin vergi ödəyicisinin şərti hesab vərəqələrinə işlənilir.
Məcəllənin 450-ci maddəsindəki pozuntunun vergi orqanları tərəfindən müvafiq protokol tərtib edilməklə rəsmiləşdirilməsi və məhkəməyə təqdim edilməsi vergi inzibatçılığı baxımından əlavə yük yaratmaqla yanaşı, məhkəmələrin də iş yükünün lüzumsuz şəkildə artmasına, habelə vaxt itkilərinə və əlavə maliyyə vəsaitlərinin xərclənməsinə səbəb olurdu.
Dəyişikliyə əsasən, aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satılmasına, satış məqsədilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə cəza tədbiri olaraq inzibati cərimə deyil, maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulur.
Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satılmasına, satış məqsədilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, belə məhsulların nağd qaydada alqı-satqısına görə inzibati cərimələri müəyyən edən müddəaların İnzibati Xətalar Məcəlləsindən çıxarılmasını və qeyd olunan pozuntulara münasibətdə maliyyə sanksiyasının tətbiqini nəzərdə tutan müddəa Vergi Məcəlləsinə əlavə edilib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 7 saat əvvəl
-
8 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
