“Nar”-ın “Full” paketlərindən istifadə edən abunəçilərin sayı sürətlə artır
Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar”-ın “Full” paketlərindən istifadə edən istifadəçilərinin sayı sürətlə yüksəlməkdədir.
Ölkədaxili və şəbəkədaxili dəqiqələr, bol internet və çoxsaylı bonusların daxil olduğu “Full” paketlərindən istifadə edən abunəçilərinin sayı son 6 ayda 90 % artaraq, 100 mini keçib.
Qeyd edək ki, “Full” paketləri internet və danışıq dəqiqələrini çox sərfəli qiymətlərlə bir paketdə birləşdirib. “Full” paketlərini sifariş edən “Nar” abunəçilərinə internet və dəqiqələri sərfəli qiymətə əldə etməklə yanaşı, ay ərzində topladıqları bonusları növbəti aylara keçirə bilmək imkanı verilir. Bundan əlavə, Azərbaycan mobil rabitə bazarında ilk dəfə olaraq “Full” paketlərinin istifadəçiləri qalıq bonusların dəyişdirilməsi funksiyasından – “Çevir” xidmətindən yararlana bilirlər. Belə ki, “Nar” abunəçiləri dəqiqələri meqabaytlara və ya əksinə, meqabaytları dəqiqələrə dəyişə bilmək imkanına sahibdirlər.
Abunəçilərin istək və tələblərini hər zaman nəzərə alan “Nar”, 6 müxtəlif “Full” paketi təqdim edir. Qeyd edək bu təkliflər arasında abunəçilərin ən çox sifariş etdiyi paket - içərisində 300 ölkədaxili dəqiqə və 1.5 GB internet olan “Full 9” paketidir.
“Full” paketləri haqqında ətraflı məlumatı http://www.nar.az/full internet səhifəsindən öyrənmək olar.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 14 saat əvvəl
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























