Gömrüyün büdcəyə ödənişləri azaldı
Ötən ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 180 milyon 983,6 min manat məbləğində vergi və rüsum daxil olub.
DGK-nın statistik məlumatlarına əsasən,bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 44 milyon 396 min manat və yaxud 19,7% azdır.
Hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 18 milyon 201,2 min manat və yaxud 24,6% azalaraq 55 milyon 704 min manat olub.
Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 15 milyon 841,2 min manat və yaxid 11,92% azalaraq 117 milyon 9 min manat, aksizlər 11 milyon 44,3 min manata və ya 3,39 dəfə azalaraq 4 milyon 630,4 min manat təşkil edib.
Ötən ilin son ayında yol vergisi üzrə daxilolmalar isə 690,7 min manat və ya 23,4% artaraq 3 milyon 640,2 min manat təşkil edib.
Xatırladaq ki, 2018-ci il ərzində DGK xətti ilə büdcə daxilolmaları 3 milyard 434 milyon 62 min. manat təşkil edib. Bu, 2017-ci ilin göstəriciləri ilə müqayisədə 825 milyon 282,39 min manat və yaxud 31,6% çoxdur.
Ötən il ərzində gömrük rüsumları üzrə daxilolmalar 176 milyon 276,46 min manat və yaxud 25% artaraq 883 milyon 150,80 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 567 milyon 594,76 min manat və yaxud 32% artaraq 2 milyard 340 milyon 784,50 min manat, aksizlər üzrə daxilolmalar 76 milyon 41,5 min manat və yaxud 81% artaraq 169 milyon 964,9 min manat, yol vergisi üzrə daxilolmalar isə 5 milyon 369,67 min manat və yaxud 15,4% artaraq 40 milyon 161,80 min manat olub.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 19 saat sonra
-
-
22 d. əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
-
2 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
2 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Ən çox oxunanlar
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı





















