"Xalq Bank”ın xalis mənfəəti 58% artıb
“Xalq Bank” ASC 2018-ci ili 27 milyon 744 milyon manat xalis mənfəətlə başa vurub.
Bankın maliyyə hesabatına görə, bu, 2017-ci ilə nisbətən təxminən 57,6% çoxdur.
Ötən il “Xalq Bank”ın cəmi gəlirləri 119 milyon 92 min manat, o cümlədən faiz gəlirləri 109 milyon 507 min manat, qeyri-faiz gəlirləri 9 milyon 585 min manat, cəmi xərcləri 66 milyon 503 min manat, o cümlədən faiz xərcləri 23 milyon 23 min manat, qeyri-faiz xərcləri 43 milyon 48 min manat, xüsusi ehtiyatlara ayırmaları 17 milyon 881 min manat, gözlənilməz gəlirləri 44 min manat, mənfəət vergisi ödəmələri isə 7 milyon 8 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “Xalq Bank”ın cəmi aktivləri 2 milyard 8,2 milyon manat olub ki, bu da illik müqayisədə 10,7% çoxdur. Bunun 1 milyard 350 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə Bankın kredit portfeli 6% böyüyüb.
Hesabat dövründə “Xalq Bank”ın öhdəlikləri 11,1% artaraq 1 milyard 726 milyon manata çatıb. Bunun 1 milyard 259 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Ötən il Bankın depozit portfeli 7,6% böyüyüb.
Maliyyə qurumu Azərbaycan Mərkəzi Bankı qarşısındakı öhdəliyini isə 23.5% azaladaraq 24 milyon 92 min manata endirib.
İl ərzində “Xalq Bank”ın balans kapitalı isə 8,7% artaraq 282 milyon 475 min manat təşkil edib.



PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “Renkinq”
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 17 saat sonra
-
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 3 saat əvvəl
-
3 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Ən çox oxunanlar
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq





















