“DigiTalks”un spiker və mövzuları elan olundu
24 Fevral 2019-cu il tarixində “Caspian Business” hotelində “DigiTalks” tədbiri keçiriləcək.
“DigiTalks” tədbirinin məqsədi informasiya texnologiyaları sahəsində oxuyan və çalışan insanlar, həmçinin texnologiya sevərləri bir araya toplamaq, müxtəlif mövzular ətrafında müzakirələr və maarifləndirmədir.
14:00-dan 19:00-a qədər davam edəcək tədbirdə 7 spiker çıxış edəcək:
-Ramin Orucov: “Big data və data analitikanın əhəmiyyəti”
-Cəmşid Naxçıvaniski: “Elektron hökumətlə bağlı yeni yanaşmalar, yeni xidmət modeli”
-Elnur Babayev: “İdeyadan biznesə”
-Rəşad Camal: “Blockchain”
-Elşad Yusifli: “IT məhsulların effektiv yaradılması”
-Qərib Mehdiyev: “Outsource zamanı proqramçılarla necə işləməli”
-Mahir Quluzadə: “Ənənəvi və yeni nəsil verilənlər bazaları – doğru seçimi necə etməli”
#DigiTalks, öyrədici və ilham verən çıxışları olan bir tədbirdir. Missiyası insanların həyatına dəyər qatan ideya və məlumatları paylaşaraq onları davamlı inkişafa sövq etməkdir.
Tədbirdə iştirak etmək istəyənlər təklif olunan Standart (30 AZN-lik) bilet alaraq qatıla bilərlər.
Məlumat üçün qeyd edək ki, tədbirin biletləri artıq satışdadır.
Qeyd: 1 fevral tarixinə qədər biletlər (20 AZN) olacaqdır, endirimli qiymətdən yararlana bilərsiniz.
Biletləri əldə etmək üçün:
+994 70 695 91 92 nömrəsinə whatsapp vasitəsilə yaza və ya zəng edə, həmçinin [email protected] mail ünvanına ad, soyad, mobil nömrə və çalışdığınız/rəhbəri olduğunuz müəssisənin adını yaza bilərsiniz.
Təşkilati komanda ən qısa zamanda sizinlə əlaqə saxlayacaq.
Yerinizi rezerv etməyə tələsin! İndi sifariş edin!
Müştərilərin xəbərləri
Dəyərli və təkrarolunmaz "Rolls-Royce Motor Cars Baku" "Bespoke" fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 5 d. əvvəl
- 17 d. əvvəl
-
38 d. əvvəl
Avropa bankı növbəti dəfə Bank Respublika-nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi
-
42 d. əvvəl
Ağ Şəhərdə endirim və bonus imkanı verən yeni kart hazırlanır
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Star4" "Marsol Expo 2026"da bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Avropa bankı növbəti dəfə Bank Respublika-nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi
ABB-dən İslam bankçılığı çərçivəsində yeni məhsul
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Qızılın qiyməti 4200 dollar/unsiyadan da aşağı düşdü
"Star4" "Marsol Expo 2026"da bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 3 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb





















