Azərbaycanda "donuz qripi”nin olduğu açıqlandı - 16 NƏFƏR
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda H1N1 virusunun (donuz qripi) olduğunu açıqladı.
"Marja" xəbər verir ki, bu gün Təşkilatın Azərbaycan Səhiyyə Nazirliyi ilə birgə Bakıda keçirdiyi mətbuat konfransında ÜST-ün Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmancı bildirilib ki, Azərbaycanda 16 nəfər H1N1 virusuna yoluxub.
O bildirib ki, kütləvi müayinələr aparılarsa bu virusa yoluxanların sayı daha da arta bilər.
Qeyd edilib ki, xəstəlik epidemiya şəkilini alarsa (kütləvi) Səhiyyə Nazirliyinin 3 klinikası mübarizəyə başlayacaqdır. Kütləvi olmadığı halda tədbirlərin görülməsi məqsədəuyğun sayılmır.
"Azərbaycanda nə pandemiya, nə də epidemiya var. Adi mövsümi qripdir. Mövsüm də başa çatmaqdadır",- Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev bildirib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı H1N1 virusunu "donuz qripi" yox, adi mövsümi qrip kimi qəbul edir.
.
Azərbaycandakı H1N1 virusu Gürcüstandakı ilə eynidir.
Bildirilib ki, xəstəyə H1N1 diaqnozunu qoymaq hər laboratoriyada aparılımır. Bu məqsədlə Azərbaycanda 1 laboratoriya fəaliyyət göstərir (Bakıda Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyası). 16 nəfərin "donuz qripi"nə yoluxduğu bu laboratoriyada müəyyənləşdirilib.
Ümumdünya Səhiyyə Təşkilatı peyvənd olmağı və xəstələrin yanına getməməyi tövsiyə edir. Gigeniyaya əməl edilməli, əllər tez-tez yuyulmalıdır.
Ümumdünya Səhiyyə Təşkilatı qeyd edib ki, 16 xəstənin 80%-i 1 həftə evlərində istirahət etdikdən sonra nomal həyatlarına dönüblər. Xəstələrin vəziyyəti kəskin deyil. Hazırda xəstəxanada yatan yoxdur. Bütün xəstələr evlərindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 9 d. əvvəl
- 17 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"






















