Siqaretin nağdsız satışına icazə verildiyi və qiymətlərin aşağı düşdüyü bildirilir
"Marja"nın əldə etdiyi məlumata görə, tütün məhsullarının kartsız (nağdsız) satışına icazə verildiyi və qiymətlərin aşağı düşdüyü bildirilir.
Xəbər verdiyimiz kimi, Azərbaycanda topdansatış mərkəzlərində siqaretlərin nağd pulla satışı qadağan edilmiş, nağd pulla satınalma əməliyyatlarının həyata keçirilməsi dayandırıldığı üçün mağazalarda müəyyən növ siqaretlərin qıtlığı müşahidə edilirdi.
Yeni qaydalara görə, tütün məhsullarının pərakəndə satışı istisna olmaqla, onların alqı-satqısı yalnız nağdsız şəkildə aparıla bilər. İstənilən dükan siqaret almaq üçün ya bank hesabına, ya da VÖEN-ə bağlı kart hesabına malik olmalıdır.
Tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların nağd yolla az miqdarda satılması, belə məhsulların satış məqsədləri üçün nağd qaydada az miqdarda alınmasına görə, 100 manat cərimə nəzərdə tutulub. Burada "az miqdarda" 50 manatlıq məbləği nəzərdə tutur.
Topdan və pərakəndə satış obyeklərinin nümayəndələri yeni qaydaların həm biznesə, həm də istehlakçılara ciddi ziyan vurduğunu bildirirdilər. Müşahidələr göstərib ki, hazırda qanuni şəkildə istehsal edilən siqaretləri əsasən Bakıda yerləşən iri supermarket şəbəkələrində tapmaq mümkündür. Hətta onlar üçün də siqaretləri vaxtlı-vaxtında əldə etmək asan deyil. Bu da öz növbəsində bəzi siqaretlərin qıtlığı ilə nəticələnir. Belə supermarketlərin sayı isə çox deyil. Lakin istehlakçılar siqaret almaq üçün adətən iri marketlərə müraciət etmirlər, onların siqaret almaq üçün tez-tez müraciət etdikləri orta və kiçik dükanlarda isə siqaret qıtlığı yaranıb.
Nağd satış qadağan olunduqdan sonra, piştaxtalarda leqal siqartetlərin yerini qaçaqmal yolu ilə gətirilən, büdcəyə heç bir vergi və rüsumu ödənilməyən, mənşəyi bilinməyən siqaretlər tutmağa başlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 14 d. əvvəl
-
-
20 d. əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Ən çox oxunanlar
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti
Dünyanın ən dəyərli markaları
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan neftinin qiyməti azalıb
























