Əmək bazarındakı bütün prioritet peşələr üzrə peşə standartları hazırlanacaq
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda işçi qüvvəsinin bacarıqlarının və rəqabət qabiliyyətinin artırılması mühüm yer tutur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Marja”ya daxil olmuş məlumata görə, bu məqsədlə sənəddə əksini tapan tədbirlər sırasında peşə standartlarının hazırlanması da yer alıb. Strategiyanın həyata keçirilməsi ilə bağlı müəyyən olunan hədəflərdən biri kimi, 2030-cu ilədək əmək bazarında mövcud olan bütün prioritet peşələr üzrə peşə standartlarının hazırlanması nəzərdə tutulur.
Həmçinin Strategiyaya uyğun olaraq, peşə standartlarının müntəzəm yenilənməsi mexanizminin yaradılması, peşə təhsilində kurikulumların peşə standartları əsasında hazırlanmasına nail olunması əsas hədəflərdəndir.
Peşə standartları əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkil olunmasında, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır. Ölkəmizdə son illərdə qabaqcıl ölkələrin təcrübəsi əsasında beynəlxalq ekspertlərin və yerli mütəxəssislərin iştirakı ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 289 peşə və 63 kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
10 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 35 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























