"Uber" Azərbaycan üçün yeni tədbiq yaradıb
Azərbaycanda yeni "Uber Azerbaijan" tətbiqi (roqramı) istifadəyə verilib.
"Uber"in mətbuat xidmətindən Svetlana Voronina "Marja"ya bildirib ki, bu tədbiq, istifadəçilərin təkliflərini və bazar təlabatlarını nəzərə alaraq hazırlanmışdır. Məsələn, zəif internet bağlantısı zamanı daha sürətli işləyir, bir gedişdə isə bir neçə ünvan qeyd etmək mümkündür. Tədbiq artıq iPhone və Android cıhazları üçün üçün mövcuddur. Yeni istifadəçilər 25 fevral tarixinədək, hər bir gediş üçün 30%-dək endirim əldə edəcəklər.
Uber Azerbaijan tədbiqi rastr əvəzinə vektor xəritələrindən istifadə edir, bu isə zəif internet bağlantısı zamanı tətbiqin daha surətli işləməsinə səbəb olur və cihazın yaddaşında əvvəlkinə nisbətən üç dəfə az yer tutur. Bundan əlavə, yeni tədbiqdə əvvəlki versiyada olmayan funksiyalar əlavə olunub. Uber Azerbaijan tətbiqi sifariş üçün müştərinin yaxınlığında yerləşən daha əlverişli nöqtələri tövsiyə edə bilir. Həmçinin yeni tətbiq daxilində siz sürücüyə bəxşiş verə bilərsiniz - bu məbləğ səfərin sonunda kartdan avtomatik tutulacaq.
"Uber Azerbaijan mobil tətbiqində, istifadəçilərin istəklərinə uyğun olaraq, əlavə etdiyimiz yeni xüsusiyyətlərdən biri – dayanacaqlı marşrutlardır. Məsələn, dostları yolüstü ötürmək və ya marketə ziyarət etmək üçün bu imkan faydalı olacaq. Həmin ünvanları tədbiqdə qeyd etdiyiniz zaman, sistem sizin marşrutu təyin edir və dayanacaqları nəzərə alaraq qiymət hesablayır", – Uber-in Azərbaycan üzrə regional direktoru Ataman İnce bildirib.
Xüsusi olaraq yeni tədbiqinin yaradılması səbəbi ilə "Uber Azerbaijan" vasitəsi ilə yerinə yetirilən bütün gedişlər endirimli olacaq. Endirim dəyəri, 1 AZN-dən çox olmamaq şərti ilə, 30%-ə kimi təşkil edə bilər və istifadəçi marşrutun son nöqtəsini göstərdikdə, avtomatik olaraq tətbiq olunacaqdır. Təklif 11.02.2019 tarixindən 25.02.2019 tarixinədək keçərlidir. Qeyd edək ki, endirimlər sürücülərin mənfəətinə təsir göstərməyəcək – xidmət şirkətin tərəfindən səfərin tam dəyərinə əsasən kompensə edilir.
Bir müddət sonra əvvəlki "Uber" proqramı Azərbaycanda fəaliyyətini dayandıracaq – o yalnız xaricdə istifadə edilə biləcəkdir. Uber Azerbaijan tətbiqinə keçid asan və şəffaf olacaqdır. Qeydiyyatdan keçərkən, müştərinin öncədən Uber hesabına bağlı olan nömrəsini qeyd etmək kifayətdir – gedişlərin tarixçəsi, seçilmiş ünvanlar, tədbiqə əlavə olunmuş ödəmə kartları və sifariş hesabatları üçün e-poçt ünvanı, yeni Uber Azerbaijan tətbiqində avtomatik olaraq görünəcək.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















