"Yapı Kredi Bank Azərbaycan"ın rəhbərliyinə yeni təyinatlar olub
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin İdarə Heyətinə yeni təyinat olub.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, Sinan Ağırbaş İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.
Sinan Ağırbaş İdarə Heyətinin üzvü olmaqla bərabər Baş Direktorun Satış və Marketinq üzrə müavini vəzifəsini də icra edəcəkdir.
Hazırda "Yapı Kredi Bank Azərbaycan"ın İdarə Heyətinin sədri Cenk Yüksel, üzvlər isə Şəhla Səmədova, Teymuraz Əmirov, Nəsimi Gündoğdu və Sinan Ağırbaşdır.
Sinan Ağırbaş 1999-cu ildə Anadolu Universitetinin Ümumi İqtisadiyyat fakultəsini bitirmişdir. 1997-1999 cu illərdə Yapı Kredi Bankası A.Ş/Türkiyə Denizli Filialı Xarici Ticarət Əməaliyyatları üzrə mütəxəssis,1999-2000 ci illərdə Xarici Ticarət Əməaliyyatları üzrə mütəxəssis olmuşdur. 2000-2007 ci illərdə Yapı Kredi Bankası A.Ş/Türkiyə, İzmir Kommersiya Portfeli meneceri ,2008-2010 cu illərdə Yapı Kredi Bankası A.Ş/Türkiyə, İzmir Aydın Efeler Filialı Müdiri vəzifəsində çalışmışdır. 2010-2012 ci illərdə Yapı Kredi Bank Azərbaycan QSC-də Sumqayıt Filialının müdiri, 2012-2013 cü illərdə Yapı Kredi Bank Azərbaycan QSC-də Müştərilərə Xidmət Departamentinin Müdiri, 2014-2018 ci illərdə Yapı Kredi Bankası A.Ş/Türkiyə, İzmir Ege Filialı Filial müdiri, 2018-2019 cu illərdə Yapı Kredi Bank Azərbaycan QSC Satış və Marketinq üzrə Baş Direktor müavini vəzifəsində çalışmışdır. 05.02.2019- ci ildən etibarən "Yapı Kredi Bank Azərbaycan" QSC-də Satış və Marketinq üzrə Baş Direktor müavini, İdarə Heyətinin üzvü vəzifəsində çalışır.
Eyni zamanda, Albert Angersbach "Yapı Kredi Bank Azərbaycan"ın Müşahidə Şurasına üzv teyin edilib.
Hazırda Müşahidə Şurasının sədri Gökhan Erün, Müşahidə Şurası sədrinin müavini Niccolo Ubertalli, üzvlər isə Erhan Adalı, Albert Angersbach və Serkan Ülgendir.
Albert Angersbach Almaniyada Köln Universitetində İqtisadi və Sosial Biliklər/İdarəetmə üzrə ali təhsil alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA






.jpg)













.jpg)


