“KamAZ” Azərbaycanda texnika və kommunal avtomobillər istehsal edə bilər
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Rusiyanın “KamAZ” ASC-nin baş direktoru Sergey Koqoqinlə görüşüb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, nazir iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini, əlaqələrin genişlənməsinin Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsinin göstəricisi olduğunu vurğulayıb.
Ş.Mustafayev bir neçə gün öncə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin Azərbaycana səfəri zamanı Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş” ASC-nin Rusiyanın “Qaz Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə “Qaz” avtomobillərin istehsalı zavodunun təməlinin qoyulduğunu, Gəncə Avtomobil Zavodunun Rusiyanın “KamAZ” və “Ural” zavodları ilə əməkdaşlığı məsələsinin müzakirə edildiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, 2015-ci ilin fevralında “KamAZ” ilə Gəncə Avtomobil Zavodu arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu müqaviləyə uyğun olaraq, Gəncə Avtomobil Zavodunda “KamAZ” avtomobillərinin yığımı həyata keçirilir.
Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən qeyri-neft sənayesinin davamlı olaraq inkişaf etdiyini vurğulayan Ş.Mustafayev əməkdaşlığın inkişafı üçün potensialı qeyd edib.
S.Koqoqin “KamAZ” avtomobillərindən hazırda dünyanın 80-dən çox ölkəsində istifadə edildiyini, MDB ölkələrində “KamAZ”ın 40-dan artıq servis xidmətinin fəaliyyət göstərdiyini bildirib. Azərbaycan bazarının əlverişli olduğunu diqqətə çatdıran S.Koqoqin qeyd edib ki, “KamAZ” ASC Azərbaycanda kənd təsərrüfatı texnikası və kommunal istifadə olunan nəqliyyat vasitələri istehsal edə bilər. Bundan başqa, yeni nəsil “KamAZ” avtomobilləri üçün Bakıda və regionlarda servis xidməti yaradıla bilər.
Görüşdə əməkdaşlığın genişləndirilməsi, bir sıra ehtiyat hissələrinin Azərbaycanda istehsalının təşkili imkanları müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 9 d. əvvəl
-
11 d. əvvəl
Unibank 2025-ci ildə 4,5 milyon manata yaxın yaşıl kredit verib
- 19 d. əvvəl
- 51 d. əvvəl
-
52 d. əvvəl
Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 9% artıb
-
58 d. əvvəl
PAŞA Bank-ın dəstəyi ilə “AI for Good” süni intellekt təlim proqramının açılış mərasimi keçirildi
-
1 saat əvvəl
ZEEKR brendinin satış mərkəzinin yeni binasının açılış mərasimi və 9X modelinin təqdimatı keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milliön ilk dəfə ödəniş terminallarında şəxsi kabinet təqdim edir - DAHA SÜRƏTLİ ÖDƏNİŞ
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Əmanətçilər üçün xüsusi təklif
“AFB Bank” rebrendinq üçün araşdırmalara başlayıb
Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 9% artıb
PAŞA Bank-ın dəstəyi ilə “AI for Good” süni intellekt təlim proqramının açılış mərasimi keçirildi
Ən çox oxunanlar
ZEEKR brendinin satış mərkəzinin yeni binasının açılış mərasimi və 9X modelinin təqdimatı keçirilib
“Buckswood School Baku” fəaliyyətə başladı - FOTO/VİDEO
Milliön ilk dəfə ödəniş terminallarında şəxsi kabinet təqdim edir - DAHA SÜRƏTLİ ÖDƏNİŞ
Bank sədri: “Aqro kreditlər üzrə yeni məhsullar təqdim edəcəyik”
Çünki sən belə sevirsən… Baku Electronics sevənləri anlayır!
Banklarda Agile niyə işləmir?






















