Marketinq və PR şirkəti 1 yaşını qeyd edir
1 Mart 2016-cı il tarixində fəaliyyətə başlamış “Apamark” Marketinq və PR şirkəti bir yaşını qeyd edib.
Şirkət rəhbəri Ceyhun Fərzəliyev bildirilib ki, şirkət ilk bir il üçün qoyduğu hədəflərinə nail olduqlarını qeyd edib. "Biz, güclü insan resurslarımızdan və texniki bazamızdan istifadə edərək növbəti illər ərzində Azərbaycanda fəaliyyət göstərən müxtəlif istiqamətli şirkətlər üçün fərdi marketinq həll yolları təqdim etməyi hədəfləyirik. Bu uğurun arxasında böyük bir komanda işi durur"
15-ə yaxın şirkətə dəstək oldu
1 il ərzində müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 15-ə yaxın şirkətə marketinq və PR xidmətləri göstərməklə onların inkişafına öz töhfəsini verib. Bunların sırasında tikinti materialları sahəsindən tutmuş, tibb sektoruna kimi müxtəlif istiqamətdə fəaliyyət göstərən şirkətlərin adlarını qeyd etmək olar. Hazırda şirkət Gilan Holdinq-in bir sıra portfelləri ilə öz işini davam etdirir.
Yeni kadrlar yetişdirəcək
Şirkət, ötən il olduğu kimi bu ildə Sosial Media Marketinq, veb saytların dizayn olunması, qrafik dizayn sahələri üzrə peşəkar kadrların yetişdirilməsi istiqamətində işlərini davam etdirəcəyini açıqlayıb.
Ödənişli Foto Bank hazırlayır
Şirkət yaxın zamanlarda öz saytının nəzdində fəaliyyət göstərəcək Apa Photo Stock bölməsini istifadəyə verməyi planlaşdırır. Bu bölmənin yaradılmasında məqsəd, müştərilərə Azərbaycanın müxtəlif turistik yerlərinin, tarixi abidələrinin, müasir binalarının, bir sözlə fərdi və korporativ müştərilərin öz işlərində istifadə edə biləcəyi fotoları yüksək keyfiyyətli variantını təqdim etməkdir. Hal-hazırda həmin bölmənin yaradılması və şəkillərin qiymətlərinin tənzimlənməsi istiqamətində işlər aparılır.
Bazara 5 yeni xidmət təqdim edəcək
Şirkət 2017-ci il ərzində bazara 5 yeni marketinq xidməti təqdim etməyi planlaşdırır. Həmin xidmətdən biri olan SEO Analiz xidmətini bir müddət öncə aktiv edən şirkət, bu xidmətin bir çox şirkətlər üçün faydalı olduğunu vurğulayıb. "Artıq bir sıra şirkətlər öz internet səhifələrinin Google SEO Analiz edilməsini və ya yeni internet səhifələrinin SEO yönümlü hazırlanmasını bizə həvalə etməyə başlayıblar".
Qeyd edək ki, Apamark şirkəti müştərilərə saytların yığılması, qrafik dizayn işləri, PR xidməti, foto/video çəkilişlər, onlayn və oflayn marketinq strategiyalarının hazırlanması, SEO analiz, SMM və s. kimi xidmətlər təklif edir. Maraqlananlar, şirkətin xidmətləri ilə ətraflı www.apamark.az saytından tanış ola bilərlər.
Xatırladaq ki, "Apamark" şirkəti "APA Holding" MMC yə daxil olan şirkətlərdən biridir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 8 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
16 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım













.jpg)




.jpg)







