SOCAR: Bu zavodun 6.6 milyard dollar gəlir gətirəcəyi gözlənilir
“SOCAR Polymer” layihəsi çərçivəsində yüksək sıxlıqlı polietilen zavodu istismara verildi
- İlkin hesablamalara görə, “SOCAR Polymer” kompleksinin tam işə düşməsi ilə ölkənin qeyri-neft sektorunun ixrac gəlirləri 18%, Abşeron iqtisadi rayonunun ümumi daxili məhsulunun həcmi isə 14% artacaq
- İstismar dövründə ümumi gəlir 6.6 milyard dollar, vergilər üzrə büdcə ödənişləri 600 milyon dollar həcmində proqnozlaşdırılır
- Yeni zavod ölkə daxilində yüksək sıxlıqlı polietilenə olan tələbatı tam təmin edəcək, məhsulun 75 faizi xarici bazarlara ixrac olunacaqğ
Fevralın 18-də Sumqayıt Kimya Sənaye Parkı ərazisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə “SOCAR Polymer” layihəsi çərçivəsində yüksək sıxlıqlı polietilen zavodunun təntənəli açılışı olub. Mərasimdə SOCAR rəhbərliyi və SOCAR Polymer zavodlarının inşasını həyata keçirmiş şirkətlərin təmsilçiləri iştirak etmişlər.
"Marja" SOCAR-a istinadən xəbər verir ki, zavodun istismara verilməsi indiyə qədər ölkəyə idxal edilən yüksək sıxlıqlı polietilen məhsuluna tələbatı tam ödəməyə imkan yaradacaqdır. İlkin proqnozlara görə, “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək.
Zavodların istismar dövründə 6.6 milyard dollar həcmində gəlir gətirəcəyi gözlənilir ki, bunun da 30 faizini şirkətin xalis mənfəəti təşkil edəcəkdir. Bundan əlavə, istismar müddətində “SOCAR Polymer” tərəfindən dövlət büdcəsinə ümumilikdə 600 milyon dollar həcmində verginin ödənilməsi nəzərdə tutulur.
SOCAR-ın yeni sənaye kompleksinin fəaliyyətə başlaması ilə daxili bazarın tələbatı tam təmin olunacaq və məhsulun 75 faizi isə Türkiyə və Avropa bazarlarına ixrac ediləcəkdir.
Ölkə başçısına məruzə edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “SOCAR Polymer” zavodlarının inşaat işlərinin pik həddində burada 3500 nəfərə yaxın insan çalışmışdır. İstismar müddətində zavodlarda 500 nəfər daimi işçi çalışacaq. İnşaat zamanı əmək normalarının tələblərinə maksimum dərəcədə riayət edilmiş, 18,5 milyon adam-saatdan çox iş həcmi tam təhlükəsizlik şəraitində yerinə yetirilmişdir. İlkin hesablamalara görə, kompleksin istehsalat gücünə çatması ilə ölkənin qeyri-neft sektorunun ixrac gəlirləri 18%, Abşeron iqtisadi rayonunda ümumi daxili məhsulun həcmi isə 14% artacaqdır.”
“SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış ilk şirkətdir. Şirkətin səhmdarları SOCAR (52,2%), Vitol (19%), Paşa Holding (9,9%), Ecoland (9,8%), Polimer Investments (5%) və AKKIK (4,1%) şirkətləridir. Layihənin icrasında “Maire Tecnimont”, FLUOR, LyondellBasell, INEOS, Golder Associates kimi tanınmış dünya brendləri ilə əməkdaşlıq edilmişdir. Layihənin investisiya dəyərinin 60%-i Rusiyanın “Qazprombank”-ından cəlb edilmiş vəsait hesabına ödənilmişdir.
Xatırladaq ki, “SOCAR Polymer” şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədi ilə 2013-cü ildə təsis edilmişdir. 2015-ci il oktyabrın 25-də Prezident İlham Əliyevin iştirakı ilə yeni texnologiyalara əsaslanan “SOCAR Polymer” zavodlarının təməli qoyulmuşdur. “SOCAR Polymer” layihəsi çərçivəsində inşa olunan Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də olub. Həmin mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella da iştirak etmişlər. Polipropilen zavodundan ixrac edilmiş ilk məhsul ötən ilin oktyabr ayında Türkiyəyə yola salınmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
12 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub















.jpg)








