“Simboks” ilə qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili halları artıb
Bununla bağlı Cinayət Məcəlləsinə yeni – 233-4-cü - Telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili maddəsi əlavə olunur.
"Marja"nın məlumatına görə, Milli Məclisin növbəti plenar iclasında bildirilib ki, son illərdə aparılan təhlillər nəticəsində müəyyənləşdirilib ki, ölkədə olan ümumi telekommunikasiya şəbəkəsinə, xüsusilə mobil şəbəkəyə “Simboks” adlanan avadanlıqlar vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili halları artmaqdadır. Belə qanunsuz beynəlxalq telekommunikasiya kanallarının yaradılması fiziki və hüquqi şəxslərə əhəmiyyətli ziyan vurulmasına səbəb olur. Eyni zamanda qeyd edilən əməlləri həyata keçirən şəxslər beynəlxalq danışıqlar təşkil etməklə qeyri-qanuni qazanc əldə edirlər. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edilir.
Bundan sonra Azərbaycanda telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərini təşkil edənlər cəzalanacaqlar.
Cinayət Məcəlləsinə yeni – 233-4-cü (Telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili) maddəsi əlavə olunub.
Maddəyə əsasən, telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsi əhəmiyyətli zərər vurulmasına səbəb olduqda cinayət nəticəsində vurulan ziyanın 2 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə işslah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Eyni əməllərv təkrar, xeyli miqdarda ziyan vurmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə cinayət nəticəsində vurulan ziyanın 2 mislinədən 3 mislinədək miqdarda cərimə və ya 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.
Bu əməllər külli miqdarda ziyan vurmaqla, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə 3 ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulan ziyanın 3 mislindən 4 mislinədək miqdarda cərimə və ya 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 4 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Layihə bildirilib ki, maddə “Müvafiq qurğu” dedikdə, mobil nömrə sim-kartları quraşdırılan və internet vasitəsilə qəbul edilən beynəlxalq telefon trafikinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə dolayı yolla istiqamətləndirilməsini təmin edən qurğu, “Əhəmiyyətli zərər” dedikdə, dövlət təhlükəsizliyinə təhdid yaradan zərərin vurulması, yaxud fiziki və ya hüquqi şəxslərə 10 min manatdan yuxarı, lakin 50 min manatdan artıq olmayan məbləğdə zərərin vurulması, “Xeyli miqdar” dedikdə, 50 min manatdan yuxarı, lakin 100 min manatdan artıq olmayan məbləğ, “Külli miqdar” dedikdə 100 min manatdan yuxarı olan məbləğ başa düşülür.
Qeyd olunub ki, son illərdə aparılan təhlillər nəticəsində müəyyən edilib ki, ölkədə olan ümumi telekommunikasiya şəbəkəsinə, xüsusilə mobil şəbəkəyə “Simboks” adlanan avadanlıqlar vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiyaxidmətlərinin təşkil edilməsi halları artmaqdadır. Belə qanunsuz beynəlxalq telekommunikasiya kanallarının yaradılması fiziki və hüquqi şəxslərə əhəmiyyətli ziyan vurulmasına səbəb olur. Eyni zamanda qeyd edilən əməlləri həyata keçirən şəxslər beynəlxalq danışıqlar təşkil etməklə qeyri-qanuni qazanc əldə edirlər.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edilib. Burada cərimələrin aşağı həddi 2 500, yuxarı həddi isə 10 000 manatdır.
Dəyişiklik layihəsi müzakirə olunub, sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
1 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
2 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"
























