"Neftin qiymətində volatilliyin üstünlük təşkil edəcəyi il olacaq"
Neftin qiymətində volatilliyin üstünlük təşkil edəcəyi il olacaq.
Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol bu fikirdədir.
O bildirib ki, neftin qiyməti hazırda 65 dollar/barrel ətrafında dəyişir. Son bir ilə görə qiymətlər 20-25 dollar/barrel ucuzlaşıb. Ümumilikdə neft bazarında volatilliyin hakim olacağı bir dövrdən keçəcəyik.
“Qlobal iqtisadiyyat ötən ilə görə daha zəif artım göstərir. Bu da enerjiyə təsirsiz ötüşmür. Son 10 ildə qlobal neft tələbatının yarısı Çinin payına düşür. Bu ölkənin iqtisadiyyatı cari ildə son 30 illə müqayisədə ən zəif artımı göstərəcək. Çin iqtisadiyyatının zəifləməsi enerji bazarına da təsir edəcək. Enerji sektoruna təsir edən digər faktor isə geosiyasi gərginlikdir. ABŞ ilə Çin arasında ticari mübahisələr, Yaxın Şərq və Venesueladakı son vəziyyət, Avropada Brexitlə bağlı inkişaflar və geosiyasi gərginlik enerji sektoruna ciddi şəkildə təsir edə bilər. Bu proseslər neft bazarına da təsirsiz ötüşməyəcək. Lakin hazırda ABŞ-da şist nefti ilə İraq neftinin istehsalındakı artım bazarı bir az daha rahatlaşdırıb”, - deyə F.Birol qeyd edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 12 saat sonra
-
-
1 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
10 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
12 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"















.jpg)







