Sumqayıt Texnologiyalar Parkı 148 yaşlı qlobal şirkətlə anlaşdı
Sumqayıt Texnologiyalar Parkı və İngiltərənin əsasən mədənçilik və neft-qaz sənayeləri üzrə ixtisaslaşmış “Weir Group” şirkəti ilə anlaşma memorandumu imzalayıb.
“Marja” xəbər verir ki, sənədi “Weir Group”-un “Weir Oil & Gas Eastern Hemisphere” şirkətinin prezidenti Li Gloheç, “Weir Oil & Gas Eastern Hemisphere” şirkətinin Rusiya və Orta Asiya ölkələri üzrə Baş direktoru Altug Bilgic, STP tərəfdən şirkətin Baş direktoru Emin Məmmədov imzalayıb.
Anlaşma şirkətlərin Azərbaycanda və MDB ölkələrində əməkdaşlıq etmək məqsədi daşıyır.
"Bu memorandum STP üçün şirkəti doğru istiqamətdə inkişaf etdirib, qlobal bazara daha sağlam şəkildə çıxarmaqda növbəti addımdır. “Weir Group”la əməkdaşlıq STP-yə xüsusilə neft və qaz sektorunda daha böyük layihələrə qoşulmaq imkanı yaradacaq",- STP-dən "Marja"ya bildirilib.
“Weir Group” 1871-ci ildə İngiltərədə mühəndislər tərəfindən yaradılmış. Şirkət minerallar, neft-qaz və energetika sənayesi üçün yüksək səviyyəli məhsullar və xidmətlərin tərtibi və istehsalı ilə məşğul olur.
Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda STP-də mövcud olan 13 zavodda 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir. Bu sahələr neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sahələri üçün geniş çeşiddə məhsullarla təmin edir. Kabel, Polimer boru, elektrik avadanlıqları, metal konstruksiyalar, qəliblər, press formalar və ştamplar bu məhsullardandır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
24 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 31 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)








.jpg)






