Xəstəxanlar publik hüquqi şəxsə çevriləcək, həkimlərin əməkhaqları yeni qayda ilə hesablanacaq
2020-ci ildən bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanacaq. Bu məqsədlə 2019-cu ildə bütün xəstəxanalar publik hüquqi şəxsə çevriləcəklər.
“Marja”nın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev bildirib.
O qeyd edib ki, bu il bir neçə hazırlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulub:
“2020-ci ildən bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlamalıyıq. Məsələnin iki tərəfi var, sığorta haqlarının yığılması və xərclənməsi, yəni xəstəxanalara ödənilməsi. Bu gün xəstəxanalar dövlət büdcəsindən maliyyələşirlər. İcbari tibbi sığorta tətbiq edildikdə xəstəxanalar dövlət büdcəsindən deyil, Agentlikdən maliyyələşəcəklər. Xəstəxana hansı tibbi xidmətləri göstərəcəksə həmin xidmətlərin qiymətləri olacaq. Biz də bu qiymətlər əsasında sığortalı vətəndaşın əvəzinə xəstəxanaya vəsait köçürəcəyik. İlk növbədə xəstəxanalar vəsaiti qəbul etməyi bacaqmalıdırlar. Bu hüquqi məsələdir. Xəstəxanalar publik hüquqi şəxsə çevrilməlidirlər. Hazırda xəstəxanalar kənardan vəsait qəbul edə bilmirlər. Biz planlaşdırıq ki, 2019-cu ildə xəstəxanaların publik hüquqi şəxsə çevrilməsi yekunlaşsın”.
HƏKİMLƏRİN MAAŞLARI YENİ QAYDALAR İLƏ HESABLANACAQ
Zaur Əliyev bildirib ki, bir çox normativ -hüquqi aktlara əlavə və dəyişikliklər nəzərdə tutulur.
“Həmçinin tibb işçilərinin əməkhaqları yeni qaydalar ilə hesablanacaq. Tibbi işçisinin xəstəxanada işlədiyinə görə müəyyən bir məvacibi ilə bərabər, göstərdiyi fəaliyyətə görə də qazancı olacaqdır. Yəni, həkimin yanına daha çox xəstə gəlirsə, ağır əməliyyatlar aparırsa, o həkimin əlavə qazancı olacaqdır. Bu məqsədlə də qanunda dəyişiklik olmalıdır”.
XƏSTƏXANLARDA YENİ PROQRAM TƏMİNATI TƏTBİQ EDİLƏCƏK
Zaur Əliyev əlavə edib ki, ən vacib hazırlıq işlərindən biri avtomatlaşdırama ilə bağlıdır: “Xəstəxanaların bizə təqdim edəcəkləri reyestr üzrə ödənişlərin kağız ilə aparılması fiziki olaraq mümkünsüzdür. Bütün xəstəxanlarda idarəçiliyin avtomatlaşdırılması proqram təminatını tətbiq etməliyik. Artıq hazırlıq işlərinə başlamışıq. Xəstəxanlarda bütün proseslər elekton aparılacaqdır. Xəstənin qeydiyyatı, müalicəsi, bu xidmətlərə görə agentlikdən vəsaitin alınması və s. əməliyyatlar elektronlaşdırılacaq. Həkim xəstənin sağlamlıq tarixçisinə baxa biləcəkdir”.
Agentliyin sədri bildirib ki, pilot rayonlarda yeni əməkhaqqı qaydalarının tətbiqi il öncə həkimləri narahat edib, lakin sonradan onlar bu sistemi qəbul etməyə başlayıblar.
Zaur Əliyev əlavə edib ki, xəstəxanalarda əlavə funksiyalara da ehtiyac olacaqdır.
Zaur Əliyevin geniş müsahibəsinə buradan baxa bilərsiniz.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 31 d. əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
8 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)




.jpg)






.jpg)






