"Formal olaraq şirkət rəhbəri olmuşuq"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Mənsur Zeynalov ifadə verib.
Məhkəmədə elan olunub ki, M.Zeynalov daha əvvəl D.Xəlilovla birgə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 il, Ali Məhkəmə isə 2 il 6 aya endirib.
M.Zeynalov dindirilən zaman qeyd edib ki, D.Xəlilovun "General Construction" şirkətində hüquqşünas vəzifəsində çalışıb: "Şirkətdə işim müqavilələri tərcümə etmək olub. 2007-ci Dünyamin Xəlilov "Kondor Qrup" MMC şirkətini yaratdı və məni həm təsisçi, həm də icraçı direktor təyin etdi. Sonra adıma kreditlər götürüldü. Mən ancaq sənədlərə qol çəkmişəm. Bütün göstərişləri də Dünyamin Xəlilov vermişdi".
Suallara cavab verən M.Zeynalov bildirib ki, ixtisasca hüquqşünas olmayıb: "Zalda əyləşən bir neçə təqsirləndirilən şəxsi tanıyaram. Onlar formal olaraq şirkət rəhbərləri olub".
Daha sonra şahid qismində Fərhad Əmiraslanov ifadə verib. Bu şəxs də D.Xəlilovla birgə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə isə onun cəzasını 2 ilə endirib.
O, "General Construction" şirkətinin tikinti mütəxəsisi vəzifəsində çalışdığını söyləyib: "Sonra Dünyamin müəllim adıma "Aqora" MMC-ni yaratdı. Onun istəyi ilə bir neçə kredit sənədlərinə qol çəkmişəm. Şirkətdə rəhbər vəzifəm formal olub".
Məhkəmədə elan olunub ki, F.Əmiraslanov Beynəlxalq Bankın 7 kredit müqaviləsinə qol çəkib və adına 10 milyon manata yaxın pul götürülüb.
Təqsirləndirilən D.Xəlilov deyib ki, "Aqora" MMC-yə ayrılan pullar layihələrə xərclənib.
Şahid qismində dindirilən Seyfulla Seyfullayev bildirib ki, daha əvvəl D.Xəlilovla birgə ittiham olunub, məhkəmənin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. Ali Məhkəmənin qərarı ilə ona şərti cəza verilib və azadlığa buraxılıb.
Onun sözlərinə görə, "Səbail Mebel" ASC-nin baş direktoru vəzifəsində çalışıb: "Adıma Beynəlxalq Bankdan 9 milyon manat kredit götürüldü. Bankdan adını xatırlamadığım şəxs mənə zəng edib, ora çağırdı. Bankda sənədlərə qol çəkdim, lakin pulu görmədim. Dedilər ki, pullar MMC-nin inkişafəna xərclənəcək. Həmin pula armatur alınmalı idi, lakin heç nə olmadı".
Digər şahid Rafiq Məmmədov ifadə verən zaman söyləyib ki, daha əvvəl "Səbail Mebel" ASC-də rəhbər vəzifəsində çalışıb, 2006-cı ildə etibarnamə ilə şirkəti S.Seyfullayevə verib. O deyib ki, MMC-nin səhimləri S.Seyfullayevə məxsus olub: "Adıma formal olaraq alqı-satqı olub".
Prosesdə fasilə elan olunub.
Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün sonra
-
5 saat əvvəl
“Əsas məqsədimiz odur ki, metro, avtobus və taksi xidmətləri bir-birini təkrarlamasın”
-
-
7 saat əvvəl
İdman rəqsləri üzrə ölkə çempionatı keçirilib - VİDEO / FOTO
-
9 saat əvvəl
Mis bazarında "ralli": 14 000 dollar həddi test edildi - Yeni rekordlar gözlənilir
- 9 saat əvvəl
-
9 saat əvvəl
Prezident İlham Əliyev Şahbaz Şəriflə telefon danışığı aparıb
-
9 saat əvvəl
Forum ilə əlaqədar Bakıda bir sıra küçə və prospektlərdə müvəqqəti tənzimləmələr olacaq
-
10 saat əvvəl
Aqrar Sığorta Fondu vəhşi heyvan hücumları ilə bağlı fermerlərə müraciət edib
-
10 saat əvvəl
Bakı Fond Birjasında “PAŞA Bank”ın müraciətinə baxılıb, qərar qəbul edilib
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
“Əsas məqsədimiz odur ki, metro, avtobus və taksi xidmətləri bir-birini təkrarlamasın”
İdman rəqsləri üzrə ölkə çempionatı keçirilib - VİDEO / FOTO
eBay 56 milyard dollarlıq satınalma təklifinə “yox” dedi
Forum ilə əlaqədar Bakıda bir sıra küçə və prospektlərdə müvəqqəti tənzimləmələr olacaq
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Faciə xəbərini oxuyuruq, amma dərs çıxarmırıq. Niyə?
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni şirkət - 47 milyon sərmayə yatırıb, siqaret istehsal edəcək
Prezident WUF13 ilə bağlı görülən işlərlə tanış olub
PAŞA Bank səhmlərinə abunə yazılışının müddətini uzatdı
Ağacdan sənayedə istifadəyə dair qanun layihəsi hazırlanır







.jpg)







.jpg)







