“Partners & Business” Baku 2019 sərgi-konfransı keçirilib
(®) Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və "Marsol" şirkətinin birgə təşkilatçılığı, "Mesa Group" şirkətinin baş sponsorluğu, "MR Chemical" və BLG şirkətin sponsorluğu ilə 15 Mart 2019-cu il tarixində Caspian Business Hoteldə “Partners & Business” sərgi-konfransı keçirilib.
15 Mart 2019-cu il tarixində saat 10:00-17:00 arası baş tutmuş sərgidə müxtəlif sektorlardan olan 100-dən artıq yerli şirkətlər öz məhsullarını nümayiş etdiriblər.
Sərgidə həmçinin B2B Görüşlər, canlı musiqi, video və foto çəkilişlər olub. Sərgiyə xeyli sayda ziyarətçi gəlib və sərgi böyük maraqla qarşılanıb.
Həmçinin həmin gün (15 mart 2019) saat 18:00-da 500-dən artıq sahibkarın iştirakı ilə sərgi-konfrans keçirilib. Sərgi-konfransın keçirilməsində məqsəd yerli sahibkarlıq subyektləri arasında sıx əlaqələrin qurulmasıdır.
Konfransı giriş sözü ilə "Marsol" şirkətinin direktoru Tural Mustafayev açaraq, sərgi-konfrans iştirakçılarını salamlayıb və hər kəsə öz təşəkkürünü bildirib. Tural Mustafayev, “Sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən uğurlu iqtisadi layihələrin tanıdılması istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik. Hər zaman olduğu kimi bundan sonra da sahibkarların bir-birini daha yaxından tanıması, onlar arasında əlaqələrin daha da genişlənməsi əsas məram və məqsədimiz olacaqdır”,- deyə qeyd edib.
Daha sonra çıxış edən ASK-nın vitse-prezidenti Vüqar Zeynalov ASK-nın prezidenti Məmməd Musayevin salamlarını sərgi-konfrans iştirakçılarına çatdırıb. Ölkə başçısının qeyri-neft sektorunun və sahibkarlığın inkişafına dəstəyin göstərilməsi ilə bağlı tapşırığını vurğulayaraq, bu günkü tədbirin də məhz bu məqsədlə təşkil edildiyini diqqətə çatdırıb, bu istiqamətdə ASK tərəfindən davamlı işlərin aparıldığını qeyd edib. Azərbaycan Sahibkarlar Konfederasiyasının əsas məqsədinin öz üzvlərinin mövcud potensialından istifadə edərək dövlət-özəl sektor əməkdaşlığı mexanizmləri vasitəsi ilə respublikamızda daha əlverişli biznes mühitin yaradılması prosesində və dayanıqlı inkişafın təmin olunmasında yaxından iştirak etmək olduğunu bildirib.
Tədbir Məftun Xəlilovun çıxışı, Təbriz Hacınskinin “Müəssisələrin kadr idarə etməsində profaylinq sistemini necə tətbiq etmək olar?”, Vüqar Poladovun “İdarəçilərin və sahibkarların bilməli olduğu maliyyə” və Sakit Səmədovun “Nəzarət üçün sistemləşmə, sistemləşmə üçün nəzarət”, mövzularında çıxışları ilə davam edib.
Tədbirin sonunda müxtəlif kateqoriyalarda mükafatlar, medallar və sertifikatlar sahiblərinə təqdim olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 6 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
3 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
3 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Ən çox oxunanlar
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib


















