"Brexit"in ləğvi 1 Apreldə müzakirə ediləcək
1 Apreldə Böyük Britaniya Parlamentinin İcmalar palatasında Avropa Birliyindən (AB) çıxışın (Brexit) ləğv etməsinə dair ərizə müzakirə ediləcəkdir.
"Marja" xəbər verir ki, İcmalar palatasının Ərizə komissiyasından verilən açıqlamada, hökuməti, Brexit müddətini ləğv etməyə çağıran ərizənin, 1 Apreldə millət vəkilləri tərəfindən müzakirə ediləcəyi qeyd edilib.
İmza sayı 5 milyon 750 mini keçərək parlament tarixinin ən çox imza yığan ərizəsi olan Brexit ərizəsinə hökumətdən isə mənfi cavab verilib.
Brexit Nazirliyi, "Bu hökumət 50-ci maddəni ləğv etməyəcək. 2016 referendumunun nəticəsinə hörmət göstərəcəyik və parlamentlə birlikdə AB-dən ayrılmağımızı təmin edəcək bir razılaşmanın həyata keçirilməsi üçün çalışacağıq", -ifadələri istifadə edilib.
"50-ci maddəni ləğv et və Avropa Birliyində qal" başlıqlı ərizədə, "Avropa Birliyində qalmaq üçün xalq dəstəyinin gücünü göstərib buna bir son verməmiz lazımdır" ifadəsi də yer alır.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
Hökumət, parlamentin ərizələr üçün nəzərdə tutulmuş internet saytında 10 min imzaya çatan ərizələrdəki tələbə cavab vermək məcburiyyətindədir.
İmza sayının 100 mini keçməsi vəziyyətində də ərizədəki tələb parlamentdə müzakirə edilir.
Böyük Britaniya xalqı, 23 İyun 2016-da keçirilmiş referendumda 52% ilə "Brexit" qərarı vermişdi. Referendumda 17 milyon 410 min 742 nəfər "Brexit", 16 milyon 141 min 241 nəfər də Avropa Birliyinin üzvü qalmaq üçün səs vermişdi.
Hökumət 29 Mart 2017-də Lissabon Razılaşmasının üzvlərin birlikdən çıxması müddətini tənzimləyən 50-ci maddəsini işlədərək, Brexit müddətini rəsmi olaraq başlatmışdı.
Böyük Britaniya hökuməti, Avropa Birliyi ilə razılaşdırdığı çıxış müqaviləsinin Parlamentdə iki dəfə rədd edilməsinin ardından 29 Martda reallaşması lazım olan "Brexit"in təxirə salınmasını tələb etmişdir. Keçən həftə keçirilmiş Avropa Birliyi Liderlər Zirvəsində, "Brexit", ayrılıq razılaşmasının Böyük Britaniya Parlamentində təsdiqlənməsi halında 22 Maya, yenidən rədd edilməsi halında isə 12 Aprelə təxirə salınmışdır.
Böyük Britaniya parlamenti sabah Brexit müddətinin gələcəyinə dair bir neçə ssenarini səsverməyə çıxaracaq.
Səs veriləcək ssenarilər arasında "Brexit"in ləğvi və yeni referendumun keçirilməsinin də olacağı gözlənilir.
"Brexit" əleyhdarlarının şənbə günü Londonda keçirdiyi yürüşə bir milyondan çox nümayişçi qatılmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 19 saat sonra
-
-
2 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
4 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti






.jpg)










.jpg)








