Nəhəng şirkət xəstəyə məhkəməni uduzdu - 80 MİLYON DOLLAR ÖDƏYƏCƏK
Almaniyanın dərman və kimya şirkəti "Bayer AG", ABŞ-da "Monsanto Roundup" kənd təsərrüfatı dərmanından xərçəngə tutulduğunu iddia edən bir xəstəyə məhkəməni uduzub. Şirkət 80 milyon dollar cərimə və təzminat ödəməyə məhkum edilib.
"Marja" xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatındakı San-Fransisko Federal Məhkəməsinin hakimləri, ABŞ vətəndaşı iddiaçı Edvin Hardemanın, "Bayer"in ötən il satın aldığı "Monsanto"ya qarşı açılmış məhkəmə işində qərar veriblər. Məhkəmə, 70 yaşlı Hardemanın "limfa xərçənginə tutmasında" şirkəti günahkar hesab edib. Eyni zamanda, şirkət, dərmanların xərçəng riskini xəbərdar etməməsinə görə cərimələnib.
Məhkəmə, "Roundup" adlı glifosat ehtiva edən kənd təsərrüfatı dərmanın, iddiaçı Hardemanda xərçəng əmələ gəlməsini şərtləndirən mühüm amil olması" səbəbilə "Bayer"in, Hardemana 5 milyon dollar təzminat və 75 milyon dollar da cərimə ödəməsinə qərar verib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
"Bayer AG"-dən verilən açıqlamada qərara etiraz ediləcəyi bildirilib.
İddiaçı Edvin Hardemanın yabanı otla mübarizə aparmaq üçün həmin dərmanı 25 il ərzində həyətində işlətdiyi iddia edilir.
Sözügedən məhkəmə, ABŞ-da "Roundup" dərmanına qarşı qaldırılan 11 min 200 iddiadan qərarla yekunlaşan ikinci iddiadır.
Yenə Kaliforniya ştatında məhkəmə, kənd təsərrüfatı dərmanları istehsal edən "Monsanto" şirkətinin yabanı otları məhv etmək üçün istifadə edilən dərmanlarda glifosat maddəsi səbəbilə qan xərçənginə tutulan 46 yaşlı Dewayne Consona 289 milyon dollar təzminat ödənməsinə qərar vermişdi. "Bayer", iddianı qəbul etməyərək qərara etiraz etmişdi. Kassasiya mərhələsində olan təzminat qərarı, daha sonra 78 milyon dollara endirilmişdi.
"Bayer AG", keçən il, ABŞ-ın kənd təsərrüfatı şirkəti "Monsanto"nu 63 milyard dollara satın alması ilə gündəmə gəlmişdi. "Monsanto"nun yüksək qiymətə alınmasına görə investorların şirkət üzərindəki təzyiqi artırdı. "Bayer"in səhmləri bu ay 14%-dən çox ucuzlaşıb.
"Bayer AG", ötən ilin sonunda, yenidənqurma çərçivəsində təxminən 12 min adamı işdən çıxaracağını və heyvan səhiyyəsi hissəsini satacağını bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 saat sonra
-
-
17 d. əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
- 28 d. əvvəl
-
41 d. əvvəl
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
- 58 d. əvvəl
-
1 saat əvvəl
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
11 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
20 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Rəsmi məzənnələr açıqlandı
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 26 GÜN
Ən çox oxunanlar
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb






.jpg)










.jpg)






