"TuranBank" vasitəsilə maddi yardımın ödənilməsi təmin edilib - MƏBLƏĞ
Bakı şəhərinin Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmiş bir qrup sahibkara kompensasiya ödənişi “TuranBank” ASC vasitəsilə də həyata keçirilmişdir.
Bankın yaydığı məlumata görə, maddi yardımın ödənilməsi prosesində bank tərəfindən artıq 87 sahibkara 846 000 AZN məbləğində vəsait ödənilmişdir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilmiş və bununla əlaqədar sahibkarlardan heç bir xidmət haqqı tutulmamışdır.
Məlumat üçün qeyd edək ki, Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3,0 milyon manat ayrılmışdır. Bununla əlaqədar, İqtisadiyyat Nazirliyinin Kollegiyası tərəfindən təsdiq edilmiş “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi Qaydası”na uyğun olaraq ticarət mərkəzində mağaza və anbar icarəyə götürmüş sahibkarlara 10 min manat, piştaxta və digər sahələr icarəyə götürmüş sahibkarlara isə 2 min manat yardımın verilməsi nəzərdə tutulmuşdur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























