Unibank üç gün ərzində 5700 nəfərə yaxın müştərisinə kompensasiya məbləği ödəyib
Fiziki şəxslərin problemli kreditləribə görə kompensasiya ödənişləri davam edir. Unibank filialları Prezident fərmanının icrası ilə bağlı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bu haqda “Unibank” KB-nın Satış və xidmətə dəstək departamentinin müdiri Mikayıl Məmmədov bildirib.
-Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının icrası ilə əlaqədar olaraq artıq 4 gündür ki, kompensasiyaların verilməsinə başlanılıb. “Unibank”da bu proses necə gedir?
-Hələ kompensasiyaların verilməsinə başlamazadan əvvəl kompensasiya siyahısında olan bütün müştərilərimizə bu vəsaiti alacaqları tarixin onlara bildiriləcəyi haqda SMS-lər göndərilmişdi. Doğrudur, kompensasya ödənişinin ilk günü SMS göndərilməyən müştərilərimizdən də filiallarımıza müraciət edənlər oldu. Amma prosesin 2-ci və 3-cü günü isə artıq yalnız SMS alan müştərilər filiallarımıza müraciət etdilər. SMS-lər növbəlilik əsasında, müştərilərin bankda növbədə vaxt itirməsinin qarşısını almaq üçün göndərilir. Hazırda proses rahat və aktiv şəkildə davam etdirilir. İlk 3 günün statsitikasına baxsaq ümumilikdə Unibank üzrə 5700 nəfərə yaxın müştəriyə 4,8 milyon manatdan çox kompensasiya ödənişi edilib. Cənab Prezidentin müvafiq fərmanında da nəzərdə tutulduğu kimi kompensasiyaların ödənişi mayın sonunadək başa çatdırılacaq.
-Kompensasiya ödənişi ilə bağlı Unibank filiallarının iş qrafikində hansı dəyişiklik edilib?
-Bank rəhbərliyinin qərarına əsasən, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanının icrası müddətində Unibank filialları gücləndirilmiş iş rejimində çalışacaq. Təkcə həftə içi deyil, şənbə günlərində də filiallar uzadılmış iş qrafikində fəaliyyət göstərəcək. Vətəndaşlarımızdan sadəcə bir qədər təmkinli olmağı və filiallarda vaxt itirməmək üçün bankdan gələn SMS mətnində göstərildiyi vaxtda bank filialına gəlmələri xahiş olunur. Bankdan SMS alan şəxs həmin vaxtda filiala gəlir, imza ataraq vəsaitin köçürüləcəyi kartı götürür və sonra kompensasiya məbləği bank tərəfindən həmin karta köçürülür.
-Hesablanmış kompensasiya məbləğindən narazı olan və yaxud adı kompensasiya siyahısında olmayan müştərilər neyləməlidirlər?
-Bildiyiniz kimi artıq bir müddətdir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi saytında “Kompensasiya məbləğinin sorğulanması” adlı bölüm yaradılıb. Bank müştəriləri sayta daxil olaraq şəxsi məlumatlarını daxil etməklə, çox rahat şəkildə onlara hesablanmış kompensasiya məbləğini öyrənə bilirlər. Kompensasiyalar verilməyə başlamazdan əvvəl bank müştərilərinin əksəriyyəti artıq onlara düşən kompensasiya məbləğindən xəbərdar idilər. Bu məbləğdən narazı olan və yaxud adını sistemdə tapa bilməyən hər bir müştəri, Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apellyasiya komissiyasına müraciət edə bilər. Bunun üçün isə Palatanın rəsmi saytına təqdim olunan bölümə onlayn şəkildə müraciətlərini göndərə bilərlər. Hər bir şikayət araşdırılacaq və müştəriyə bu haqda ətraflı məlumat veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 51 d. əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
6 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
6 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
6 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)







.jpg)






