Azərbaycanda 12 bankın qeyri-faiz gəlirləri azalıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 12-nin bu ilin yanvar-mart aylarındakı qeyri-faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən az olub.
Bunlar "PAŞA Bank", "Rabitəbank", "Xalq Bank", "Yapı Kredi Bank Azərbaycan", "Nikoyl Bank", "Amrahbank", "Turan Bank", "Günay Bank", İran Milli Bankının Bakı filialı, "Zıraat Bank Azərbaycan", "Atabank" və "Azər-Türk Bank"dır. Ən az azalma isə "PAŞA Bank"da (5,4%) qeydə alınıb.
1 bank - Pakistan Milli Bankının Bakı filialı bu ilin I rübündə, 2 bank - "Access Bank" və "Bank VTB Azərbaycan" isə ötən ilin I rübündə qeyri-faiz əməliyyatlarından gəlir əldə etməyiblər (qeyri-faiz zərərləri olub). Odur ki, bu bankların qeyri-faiz gəlirlərinin dinamikasını hesablamaq mümkün olmayıb.
Qalan 15 bankın isə qeyri-faiz gəlirləri artıb. Ən yüksək dinamika "Azərbaycan Sənaye Bankı"nda (2 dəfə), ən aşağı dinamika isə "Premium Bank"da (4,5%) qeydə alınıb.
3 bankın qeyri-faiz gəlirləri 20 milyon manatdan çoxdur
Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 3-nün qeyri-faiz gəlirləri 20 milyon manatdan çox olub.
Bunlar "Kapital Bank" (36,038 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (29,382 milyon manat) və "Access Bank"dır (22,388 milyon manat).
Qalan 27 bankdan 19-da qeyri-faiz gəlirləri 1-10 milyon manat arasında, 9 bankda isə 1 milyon manatdan azdır. 1 bank - Pakistan Milli Bankının Bakı filialı isə 6 min manat qeyri-faiz zərəri ilə üzləşib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© "Renkinq"
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























