Beynəlxalq Bankın “İsmayıllı” şöbəsinin yeni ofisi istifadəyə verildi
(®) Azərbaycan Beynəlxalq Bankı xidmət ofislərinin yeni konseptə uyğun inkişafı layihəsini davam etdirir. Xidmətin keyfiyyətinin artırılması, müştəri məmnuniyyətinin əldə olunması məqsədilə həm Bakı, həm də regionlardakı filial və şöbələr vahid korporativ üsluba uyğunlaşdırılır.
Layihə çərçivəsində Azərbaycan Beynəlxalq Bankının İsmayıllı şöbəsinin ofisi də yeni ünvanda istifadəyə verilib.
Şöbə bundan sonra fəaliyyətini İsmayıllı rayonu, Mirzə Fətəli Axundzadə küçəsi - 18 ünvanında davam etdirəcək.
Ofis geniş ərazidə yerləşir. Bina ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunub. Burada müştərilərə operativ və yüksək keyfiyyətli xidmət üçün hər cür şərait yaradılıb. İsmayıllı şöbəsində vətəndaşlara kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla, bir çox bank məhsul və xidmətləri təklif edilir.
Bankın Filiallarla iş departamentinin direktoru Emil Qədimov xidmət ofislərinin yeni konseptə uyğun inkişafı layihəsinin bundan sonra da davam etdiriləcəyini bildirib:
“Azərbaycan Beynəlxalq Bankı ölkəmizin ən geniş xidmət şəbəkəsinə malik banklarındandır. Yenilənmə tədbirlərimiz ən ucqar xidmət ofislərimizi də əhatə edəcək. Hazırda bir çox filial və şöbələrimizdə bu layihə uğurla davam etdirilir. Məqsədimiz müştərilərimizin layiq olduqları ən yüksək xidməti onlar üçün təmin etməkdir. Ümid edirik ki, müştərilərimiz yenilənmiş İsmayıllı şöbəmizdəki şəraitdən məmnun qalacaqlar. Bankımız müştərilərə təqdim etdiyi çeşidli məhsul və xidmətləri, biznesə davamlı dəstəyi ilə bu regionun sosial-iqtisadi inkişafında fəal rol oynayacaq”.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























