Beynəlxalq Bankdan kart PİN kodları ilə bağlı bir ilk
“e-PİN” xidməti
Azərbaycan Beynəlxalq Bankı elektron xidmət infrastrukturunun inkişafı tədbirlərini davam etdirir. Bu istiqamətdə uğurla başa çatdırılan daha bir layihə sayəsində müştərilərə plastik kartlarının PİN kodunu ATM-lər və Azərbaycanda ilk dəfə olaraq onlayn qaydada təyin etmək imkanı yaradılıb.
Xatırladaq ki, əvvəllər müştərilər kart sifariş etdikdə PİN kod onlara ya xüsusi zərflərdə təqdim olunurdu, ya da PİN kodu müştərilər Bankın filial və şöbələrində POS terminal vasitəsilə özləri müəyyənləşdirirdilər.
İndi isə müştərilər Azərbaycan Beynəlxalq Bankından kartlarını əldə edərkən PİN kodu banka məxsus ATM-lər və ya bankın saytında “e-PİN” bölməsinə daxil olmaqla təyin edə bilərlər. Bu zaman əməliyyatların tam təhlükəsizliyi təmin olunur. Bu xidmətdən istifadə müştərilərin vaxtına qənaət etməklə bərabər, PİN kodun sonradan unudulması hallarını da aradan qaldırır.
Sözügedən xidmətlərin istifadə qaydaları barədə məlumatı bu linkdən əldə etmək mümkündür: https://www.ibar.az/az/individual/bank-24-7/internet-banking/e-pin/
Qeyd edək ki, bu imkan ancaq bankdan yeni sifariş edilən kartlara aiddir.
Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə ən böyük ATM şəbəkəsinə malik olan və ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Bankın müxtəlif çeşiddə plastik kartlarını bu linkdən onlayn sifariş vermək mümkündür: https://www.ibar.az/az/individual/plastic-cards/
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























