Bank of Baku da “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi”nə öz töhfəsini verəcək

Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə 16-17 may 2019-cu il tarixində “FINTEX SAMMİT - Maliyyə və Texnologiyalar Sammiti: Ödəmə mühitində yeni trendlər: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik” adlı tədbir keçiriləcək.
Maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminə dair fikir və təcrübə mübadiləsinin keçiriləcəyi sammitdə dövlət qurumları və bir çox maliyyə təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı gözlənilir.
Sammitin keçiriləcəyi həftə - 13–17 may 2019-cu il həftəsi isə Azərbaycanda “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” elan edilmişdir. Ölkənin İnnovativ Bankı və 25 ildir ki, “Bank Sektorunun Akademiyası” adına sahib olan Bank of Baku da “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi”nə öz töhfəsini verəcək. Ölkənin maliyyə və bank sektoruna gətirdiyi innovativ həlləri ilə təməl daşları qoyan və günün müasir bankçılıq trendlərini izləyərək yeniliklərə imza atan Bank “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi”ndə gələcəyin mütəxəssislərinə özəl, silsilə təlimlərə start verəcək.
Belə ki, Bank of Baku Bakı Mühəndislik Universitetinin texnoparkında fəaliyyət göstərən, maliyyə və əsasən informasiya texnologiyaları istiqamətində təhsil alan 20 tələbəyə özəl olaraq 14 may 2019-cu il tarixində “BOB Akademiya” təlim mərkəzində “Agile metodologiyasının əsasları” və “İT təhlükəsizlik” mövzusunda seminar təşkil edəcək. Ümumilikdə 2 saat davam edəcək təlimlər, Bank of Baku-nun təcrübəli mütəxəssisləri tərəfindən keçiriləcək.
Azərbaycan Banklar Assosiasiyası tərəfindən keçiriləcək sammit barədə ətraflı məlumatla bu linkə - https://www.gbmevents.az/az/event/fintex-sammiti-maliyye-ve-texnologiyalar-sammiti daxil olaraq, Bank of Baku-nun xidmət və ya məhsulları barədə isə Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və Bank of Baku-nun rəsmi veb səhifəsinə - www.bankofbaku.com daxil olaraq cavab tapa bilərsiniz.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat sonra
-
- 13 d. əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
14 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Tesla-nın satışları rekord səviyyəyə çatıb

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

Əliyevin Zelenski ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
