“Ticarət müharibəsinin Dolları bahalaşdıracağını gözləyirik”
"ABŞ ilə Çin arasındakı "ticarət müharibəsi" dolların məzənnəsini yüksəldə bilər".
Bunu Asiya İnkişaf Bankı (ADB - Asian Development Bank) makroiqtisadi təhlil və regional əməkdaşlıq departamentinin iqtisadçısı Donqhyun Park bildirib.
“Bütün dünyada əks-səda doğuran bu kimi böyük sarsıntılar hətta ABŞ-ın birbaşa iştirak etdiyi təqdirdə belə adətən dolların məzənnəsini yüksəldir. Elə ABŞ-da başlayan son dünya maliyyə böhranı da buna misaldır. Çünki belə iqtisadi sarsıntılar zamanı hamı dollar almağa başlayır. Dünyada ən əsas ehtiyat vasitəsi olan dolları istədiyin vaxt rahatca satmaq olar. Odur ki, ABŞ ilə Çin arasındakı ticarət müharibəsinin də dolların məzənnəsini qaldıracağını gözləyirik”, – ADB nümayəndəsi deyib.
O, bununla belə iqtisadi artımın qısa perspektivi baxımdan sözügedən ticarət müharibəsini Asiya ölkələri üçün ən böyük risk hesab etdiklərini diqqətə çatdırıb.
“Hələ bir neçə həftə bundan əvvəl bu müharibəni dayandırmaq üçün xeyli imkanlar vardı. Lakin ABŞ hökuməti Çin mallarına çox yüksək rüsumlar tətbiq etdi. ABŞ ilə Çin arasındakı bu ticarət qarşıdurması Asiyanın iqtisadi perspektivini sual altına qoyur. Bəzi inkişafda olan kövrək bazarlara qayıdan valyutanın volatilliyi də belə risk yaradır”, – ekspert vurğulayıb.
D.Park Asiya iqtisadiyyatlarının adətən möhkəm bünövrələri sayəsində kənar sarsıntılardan qorunduqlarını qeyd edib.
Xatırladaq ki, bu ayın əvvəllərində ABŞ Prezidenti Donald Tramp idxal olunan 500 milyard dollarlıq Çin mallarına 25 faizlik rüsum tətbiq edəcəklərini açıqlamışdı. Ayın 10-da isə 200 milyard dollarlıq “made in China” idxalına 10 faizlik rüsum qüvvəyə minib. Ertəsi gün isə prezident Tramp qalan 300 milyard dollarlıq Çin mallarına da gömrük rüsumlarını qaldırmaq göstərişi verib. Cavab olaraq Çin hökuməti ABŞ-dan idxal etdikləri 60 milyard dollarlıq mallara iyunun 1-dən qüvvəyə minəcək 5 faizdən 25 faizədək rüsum tətbiq edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 d. əvvəl
-
-
22 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 44 d. əvvəl
-
47 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb







.jpg)







.jpg)









