13 bankın balans kapitalı azalıb
Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 13-nün balans kapitalı illik müqayisədə azalıb.
Bunlar "NBC Bank", "Muğan Bank", "Azər-Türk Bank", Pakistan Milli Bankının Bakı filialı, "Bank BTB", "Atabank", "Bank VTB Azərbaycan", "Unibank", "Bank of Baku", İran Milli Bankının Bakı filialı, "Express Bank", "Nikoyl Bank" və "Amrah Bank"dır. Ən çox azalma "Amrah Bank"da (52%), ən az azalma isə "NBC Bank"da (0,2%) qeydə alınıb.
Qalan 17 bank isə balans kapitalını artıra bilib. Ən yüksək dinamika "Kapital Bank"da (67,4%), ən aşağı dinamika isə "Turan Bank"da (0,4%) baş verib.
7 bankın balans kapitalı 100 milyon manatdan çoxdur
Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin balans kapitalı 100 milyon manatdan çoxdur.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 298,747 milyon manat), "PAŞA Bank" (454,267 milyon manat), "Kapital Bank" (421,481 milyon manat), "Xalq Bank" (282,825 milyon manat), "Atabank" (143,33 milyon manat), "Premium Bank (137,309 milyon manat) və "Express Bank"dır (120,912 milyon manat).
Qalan 23 bankdan 20-də balans kapitalı 50-100 milyon manat arasında, 3 bankda isə balans kapitalı 10-50 milyon manat arasındadır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
5 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























